peoplepill id: iltizam-akberli
IA
Azerbaijan
2 views today
2 views this week
Iltizam Akberli
Member of the National Assembly of Azerbaijan

Iltizam Akberli

The basics

Quick Facts

Intro
Member of the National Assembly of Azerbaijan
Work field
Gender
Male
Place of birth
Imishli, Imishli District, Azerbaijan
Age
67 years
Politics:
Education
факультет истории и географии Азербайджанского государственного педагогического университета
Azerbaijan
The details (from wikipedia)

Biography

İltizam Nizam oğlu Əkbərli və ya İltizam Əkbərov (1 iyul 1957, İmişli) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Həyatı

İltizam Əkbərli 1957-ci il iyulun 1-də İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1979-cu ildən İmişli rayonunda müəllim, "Gənc texniklər" stansiyasının müdiri işləmişdir.

Rus dilini bilir. İngilis dili təhsili almışdır.

Evlidir. 2 övladı var.

Siyasi fəaliyyəti

İltizam Əkbərli 1983–1991-ci illərdə İmişli Rayon İcraiyyə Komitəsində təlimatçı, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

İltizam Əkbərli 22 may 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 777 nömrəli fərmanı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli fərmanı ilə İltizam Əkbərli İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.

Parlamentdə

İltizam Əkbərli 2005-ci il parlament seçkilərində Müsavat Partiyası üzvü olaraq öz təşəbbüsü ilə 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Müxalif Azadlıq Bloku onu vahid namizəd elan etməsə də, həmin seçki dairəsindən deputatlığa namizəd irəli sürməmişdir. O, seçkilərdə 4841 səs (bütün səslərin təxmini 31,72%-i) toplayaraq seçkiləri birinci tamamlamış və Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir.

İltizam Əkbərli 1 mart 2006-cı il tarixində Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü, Azərbaycan-Belçika, Azərbaycan-Norveç, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü seçilmişdir. İltizam Əkbərli 14 aprel 2009-cu il tarixində Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü seçilmişdir. O, həmçinin, 30 iyun 2009-cu il tarixində Azərbaycan— Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü seçilmişdir.

Seçkilərdə

İltizam Əkbərli 2010-cu il parlament seçkilərində AXCP-Müsavat Blokunun vahid namizədi olaraq 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülsə də, onun namizədliyinin qeydə alınması üçün təqdim olunmuş 600 seçici imzasından 228-i etibarsız hesab edildiyi, qalan imzalar isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan etibarlı imzaların sayından az olduğu üçün namizədliyi qeydə alınmamışdır.

İltizam Əkbərli 2015-ci il parlament seçkilərində Müsavat Partiyasından 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. 10 noyabr 2015-ci il tarixində Müsavat Partiyası Divanı iclas keçirərək parlament seçkilərində iştirak qərarını ləğv etmişdir. Buna baxmayaraq, İltizam Əkbərli seçkilərdə iştirak edəcəyini bildirmiş və bu səbəbdən partiya tərəfindən töhmət almışdır. O, 2898 səs (təxmini ümumi səslərin 16%-i) toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Əsabil Qasımovun ardından seçkiləri 2-ci sırada tamamlamışdır. O, seçkilərin nəticələrinə etiraz etsə də, seçki nəticələri ləğv edilməmişdir. Avropa Ədalət Məhkəməsinə seçkilərlə bağlı şikayət edən İltizam Əkbərlinin işinə baxılmış, 30 iyun 2016-cı il tarixində ona 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro ödənilməsi qərarını vermişdir.

İltizam Əkbərli 2020-ci il parlament seçkilərində bitərəf namizəd olaraq 79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürmüşdür. O, 1060 səs (9,47%) toplayaraq seçkiləri bitərəf namizəd Razi Nurullayev və bitərəf namizəd Murad Fərzəliyevin ardınca 3-cü sırada tamamlamışdır.

Partiya fəaliyyəti

İltizam Əkbərli Müsavat Partiyasının üzvü olmuşdur. İltizam Əkbərli 2015-ci il parlament seçkilərindən sonra partiya sıralarından ayrılmışdır.

Mükafatları

İltizam Əkbərli Parlament Jurnalistlər Birliyi tərəfindən 2008-ci ildə seçicilərin hüquqlarını müdafiə edən ən fəal deputatlardan biri elan olunmuşdur.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Iltizam Akberli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Iltizam Akberli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes