Ibragim Ibragimov
Quick Facts
Biography
İbrahim İbiş oğlu İbrahimov (azərb. İbrahim İbiş oğlu İbrahimov;(28 fevral 1912(1912-02-28), Dağlıq Qarabağın Füzuli rayonun Qarğabazar kəndi-6.11.1994 Bakı şəhəri )— Azərbaycan sovet riyaziyyatçısı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1968), Əməkdar Elm Xadimi, akademik, fikiza-riyaziyyat elmləri doktoru. Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
Həyatı
İbrahim İbiş oğlu İbrahimov 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir.
Əmək fəaliyyəti
İbrahim İbiş oğlu İbrahimov əmək fəaliyyətinə 1935-1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutnda başlamış, 1939-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri, 1947-1958-ci illərdə isə Pedaqoji İnstitutun "Riyazi analiz" kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1958-ci ildən onun elmi-pedaqoji fəaliyyəti Azərbaycan Elmlər Akademiyası ilə bağlı olmuşdur. 1958-1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959-1963 illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışmışdır. İbrahim İbrahimov 1963-cü ildən ömrünün sonunadək həmin institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur. 1977-ci ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olmuşdur. O, 1968-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş və Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.
Elmi fəaliyyəti
İbrahim müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra həm bu institutda, həm də Azərbaycan Dövlət Universitetində çalışmağa başlayır. Sonra Moskvaya aspiranturaya göndərilir və orada görkəmli riyaziyyatçı A.O.Gelfondun rəhbərliyi altında aspirant olur. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə edir və ryaziyyat üzrə ilk azərbaycanlı elmlər namizədi olur, 1947-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edir. İbrahim müəllim Sovetlər Birliyi və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alimimiz idi. Onun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılmış və bunların böyük bir hissəsi İbrahim müəllimin yazdığı, o cümlədən Moskvada da çap edilən, monoqrafiyalarına daxil edilmişdir. İbrahim müəllimin zəmanəmizin ən görkəmli alimlərindən biri M.V.Keldışla və A.O.Gelfondla birlikdə yazdığı məqalələr dünya riyaziyyat ədəbiyyatında böyük iz qoymuş əsərlərdir. Funksiyaların konstruktv nəzəriyyəsinin yaradıcılarından biri sayılan akademik S.N.Bernşteynin xatirəsinə həsr edilmiş Beynəlxalq konfransda onun yaradıcılığı haqqında məruzənin edilməsinin İbrahim müəllimə tapşırılması da onun nüfuzunun göstəricisidir. İbrahim müəllim 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.
Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən azərbaycan dilinə 2 dərslik tərcümə etmişdir. İbrahim İbrahimov 1960-cı ildə Stokholmda, 1974-1981-ci illərdə Varnada, 1974-cü ildə Praqada, 1968-ci ildə Budapeştdə, 1970-ci ildə Nitsada, 1974-cü ildə Poznanda keçirilən Beynəlxalq Konfransların iştirakçısı olmuşdur. Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru olmuşdur. İbrahim İbiş oğlu İbrahimov 6 noyabr 1994-cü ildə vəfat etmişdir.
Təltif və mükafatlar
- Əməkdar elm xadimi
Seçilmiş əsərləri
Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən azərbaycan dilinə 2 dərslik tərcümə etmişdir.
- О полноте некоторых систем аналитических функций (1939)
- Экстремальные задачи в классе целых функций конечной степени (1959)
- Некоторые неравенства для целых функций экспоненциального типа (1960)
- Некоторые неравенства для алгебраических многочленов (1961)
- Экстремальные свойства целых функций конечной степени (1962)
- Об экстремальных свойствах аналитических функций в бесконечных областях (1965)
- Методы интерполяции функций и некоторые их применения (1971)
- О способах нахождения функций, наименее уклоняющихся от функций многих переменных (совм. с М.— Б. А. Бабаевым)(1971)
- О полноте некоторых систем аналитических функций, ДАН 197:5 (совместно с И. С. Аршоном)(1971)
- Методы интерполяции функций и некоторые их применения, (1971)
- Проблема единственности целых аналитических функций, Тезисы докладов на Всесоюзной конференции по теории функций комплексн. переменного в г. Харькове. (1971)
- О распределении нулей частных сумм ряда Тейлора — Дирихле. (совместно с И. Г. Мехтиевым) (1971)
- Об условиях монотонности последовательности производных полиномов А. О. Гельфонда — С. Н. Бернштейна (1971)
- Об исследовании проблемы единственности целых функций методами теории интерполяции (1971)
- Специальные вопросы теории функций (1977)
- Теория приближения целыми функциями (1979)
- Избранные вопросы теории аналитических функций (1984) и др.
Ədəbiyyat
Həmçinin bax
- AMEA-nın həqiqi üzvlərinin siyahısı