Hasan Qaziyev
Quick Facts
Biography
Həsən Qazıyev (1879-?) — Əməkdar müəllim.
Həyatı
Həsən Xəlil oğlu 1879-cu ildə İrəvan şəhərində anadan olmuşdur. 1896-cı ildə İrəvan Müəllimlər Seminariyasına daxil olan Həsən Qazıyev bu təhsil ocağını bitirdikdən sonra uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan ərazilərinin hesabına qondarma Ermənistan respublikası yaradıldı. Bolşeviklərlə həmrəylik edən daşnaklar həm İrəvanda, həm də ətraf bölgələrdə azərbaycanlılara qarşı işğalçılıq siyasəti yeridərək müqayisəsi tapılmayan vəhşiliklər törətdilər. İrəvanın özündə də azərbaycanlılara sui-qəsdlər edilir, talanlar törədilir, evlər yandırılır, repressiyalar baş alıb gedirdi. Belə bir zamanda Həsən Qazıyev ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçür. Uzun müddət Naxçıvan Pedaqoji Texnikumunda dərs deyən Həsən Qazıyevin xalq maarifinin inkişafında mükəmməl çalışdığını nəzərə alaraq onun pedaqoji əməyini yüksək qiymətləndirirlər.
1949-cu ildən ömrünün sonuna kimi Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli səkkizillik məktəbində dərs deyən Həsən Qazıyev hələ İkinci Dünya müharibəsi illərində əməkdar müəllim adına layiq görülmüşdür.
Ailəsi
Həsən Qazıyev Bülbül xanımla ailə qurmuşdu. Övladları Cavad maliyyəçi, Şamil rəssam, Aqil isə həkim idi, müharibədə həlak olub.