peoplepill id: hafiz-hajiyev
HH
Azerbaijan
5 views today
5 views this week
Hafiz Hajiyev
Azerbaijani politician

Hafiz Hajiyev

The basics

Quick Facts

Intro
Azerbaijani politician
Work field
Gender
Male
Place of birth
Sotk, Gegharkunik Province, Armenia
Age
68 years
Education
Azerbaijan State Agricultural University
Baku, Baku Uyezd, Azerbaijan
Средняя школа села Сотк
Vardenis District, Armenian Soviet Socialist Republic, Armenia
The details (from wikipedia)

Biography

Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993).

Həyatı

Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir.

1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.

1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır.

Ailəsi

Ailəlidir, 3 övladı var.

  • İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur.
  • İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
  • Sabiq deputat Arzu Səmədbəyli və siyasətçi Aqil Səmədbəylinin uzaq qohumudur.

Siyasi fəaliyyəti

1992–1993-cü illərdə Azərbaycan Respublikasının "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmışdır.

1999-cu ildə həbsdən azad olunduqdan sonra "Elçibəy Xalq Hərəkatı"nın yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olmuşdur. Həmin dövrdə üzvü olduğu Müsavat Partiyasından uzaqlaşdırılmışdır.

2001-ci ildən Müasir Müsavat Partiyasının sədri, "Müasir Müsavat" qəzetinin təsisçisi və baş redaktorudur.

Həbsi

1993-cü ildə Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilmişdir.

Seçkilərdə iştirakı

2003-cü ildə Azərbaycanda Prezident seçkilərində namizədliyi irəli sürmüşdü. Bu seçkilərdə Hafiz Hacıyev 8 namizəd arasında 0,3% (9.990 səs) toplamaqla sonuncu yeri tutdu.

2008-ci ildə Azərbaycanda Prezident seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0,64% -ni (23.771 səs) toplayıb.

Şəxsi həyatı

2018-ci ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamış, Əliyevin onu baş nazir təyin edəcəyinə inandığını qeyd etmişdir. 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Hafiz Hajiyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Hafiz Hajiyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes