Habil Haqverdiyev
Quick Facts
Biography
Habil Haqverdiyev (Habil Tağı oğlu Haqverdiyev; d. 15.03.1939, Qırılı, Qazax rayonu) - AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent.
Həyatı
Habil Haqverdiyev - 15 mart 1939-cu il Qazax rayonu, Qırılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Unuversitetini bitirib. Landşaftın differensasiyasına relyefin təsiri (Kiçik Qafqazın şimal-şərq yamacında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmlər namizədi adına layiq görülmüşdür.AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiridir. Pedaqoji fəaliyyəti- Bakı Dövlət Universiteti.
Əsas elmi nailiyyətləri
İlk dəfə olaraq Azərbaycanda dağlıq ərazilərdə landşaftın differensiyası, assimmetriyası, həmçinin landşaftın üfüqi və şaquli tranformasiyasının coğrafi qanunauyğunluqları öyrənilmişdi.Azərbaycanda İlk dəfə olaraq coğrafiya elminin təkamül tarixinə və onun ayrı-ayrı sahələrinin inkişafına dair elmi hesabat hazırlanmışdır.
Elmi əsərlərinin adları
- “Kiçik Qafqazın şima-şərq yamacında landşaftın differsasiyasının qanunauyğunluğu”.
- “Azərbaycanda coğrafiya elminin inkişaf tarixi.”
- “Görkəmli səyyahların Azərbaycan haqqında fikirləri”
Təltif və mükafatları
- AMEA rəhbərliyi tərəfindən təşəkkür.
- 2015 – Azərbaycan elminin inkişafında xidmətlərə görə “Tərəqqi” medalı
Digər fəaliyyəti
İnstitut Həmkarlar Komitəsinin katibi.