peoplepill id: gurban-ismayilov
GI
Russia Azerbaijan
4 views today
4 views this week
Gurban Ismayilov
Azerbaijani actor

Gurban Ismayilov

The basics

Quick Facts

Intro
Azerbaijani actor
Gender
Male
Place of birth
Aghjabadi, Aghjabadi District, Azerbaijan
Age
64 years
Education
Azerbaijan State University of Culture and Arts
Azerbaijan
Awards
People's Artiste of Azerbaijan
 
Honored Artist of the Republic of Azerbaijan
 
Artist medal (Azerbaijan)
 
The details (from wikipedia)

Biography

Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

Həyatı

Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S.Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.

9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb. 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları

  1. Leyli və Məcnun (M.Füzuli) — müəllif
  2. Qurbanəli bəy (C.Məmmədquluzadə) — Qurbanəli bəy
  3. Ölülər (C.Məmmədquluzadə) — Hacı Həsən ağa
  4. Hamlet (V.Şekspir) — Hamlet
  5. Maqbet (V.Şekspir) — Maqbet
  6. Yay gecəsində yuxu (V.Şekspir) — Gövdə Nik
  7. Tədbirə qarşı tədbir (V.Şekspir) — komendant
  8. Qətl günü (Y.Səmədoğlu) — Doktor Mahmud
  9. Generalın son əmri (V.Səmədoğlu) — Stalin
  10. İntihar (V.Səmədoğlu) — Aşot
  11. IV Kin (Q.Qorin) — Edmund Kin
  12. Nerostratı unudun (Q.Qorin) — Nerostrat
  13. Bir az gəlirmisiz (Ə.Nesin) — Mateh usta
  14. Şah İsmayıl və yaxud hamı səni sevənlər burdadı (K.Abdulla) — professor
  15. Kim dedi ki, simurğ quşu var imiş (K.Abdulla) — kapitan
  16. Yaşayan ömür (T.Qurban) — Hacı Zeynalabdin Tağıyev
  17. Şeyx Sənan (H.Cavid) — Platon
  18. Hekayəti-xırs-quldurbasan (M.F.Axundov) — divanbəyi
  19. Viktoriya (K.Hamsun) — müəllim
  20. Axır ki, qurtardı (P.Turrini) — kişi
  21. Romeo və Cülyetta (V.Şekspir) — Lorenso
  22. Mən gəldim, qızlar (L.Nuren) — D
  23. Konnemarada bir kəllə (M.Makdonax) — Mik Daud
  24. Xortdanın cəhənnəm məktubları (Ə.Haqverdiyev) — dərviş

Filmoqrafiya

  1. Altı nömrəli palata (film, 1994)
  2. Güllələnmə təxirə salınır!... (film, 2002)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Lal (film, 2003)
  5. Oyun (film, 2003)
  6. Girov (film, 2005)
  7. Yalan (film, 2005)
  8. Rami (film, 2007)
  9. Günaydın, mələyim! (film, 2008)
  10. Qala (film, 2008)
  11. Teatral həyat (film, 2009)
  12. İstanbul reysi (film, 2010)
  13. Tabutçunun yelləncəyi (film, 2012)
  14. Dərvişin qeydləri (film, 2013)
  15. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  16. Aydın
  17. Çaqqal nəfəsi (film, 2013)
  18. Rəssam (film, 2015) (qısametrajlı bədii film)
  19. Yarımçıq xatirələr (film, 2015)
  20. 100 kağız (film, 2015)
  21. Əli və Nino (film, 2015)
  22. Xeyirlə şərin rəqsi (film, 2015)
  23. Ayaqqabı əməliyyatı (film, 2016)
  24. Ata ocağı (film, 2017) (bədii serial)
  25. Nar bağı (film, 2017)
  26. Son iclas (film, 2018)
  27. Əlvida, Şmidt! (film, 2019)
  28. Olimpia (film, 2021)
  29. Suğra və oğulları (film, 2021)
  30. Mərmər soyuğu (film, 2022)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Gurban Ismayilov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Gurban Ismayilov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes