Gurban Ismayilov
Quick Facts
Biography
Qurban İsmayılov (tam adı: Qurban İbrahim oğlu İsmayılov; 12 iyun 1960, Ağcabədi) — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Həyatı
Qurban İsmayılov 1960-cı ildə Ağcabədi rayonunda doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Bir müddət "Nəsimi" folklor teatrında, ADMİU-nun Tədris teatrında işləyib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 1995-ci ildə Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən "I Eksperimental Tamaşalar Festivalı"nda S.Mrojekin "Mühacirlər" əsərində ifa etdiyi 2-ci mühacir roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında mükafata layiq görülüb. 1993-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2006-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2014-cü ilin aprel ayının 13-də Beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
9 may 2012-ci il tarixdə Əməkdar artist, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2013-cü ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə "Mən gəldim, qızlar" ("Müharibə") əsərində canlandırdığı kor ata obrazına görə "Humay" mükafatına layiq görülüb. 2017-ci ildə "Nar bağı" filmindəki roluna görə, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb.
10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Teatr səhnəsindəki rolları
- Leyli və Məcnun (M.Füzuli) — müəllif
- Qurbanəli bəy (C.Məmmədquluzadə) — Qurbanəli bəy
- Ölülər (C.Məmmədquluzadə) — Hacı Həsən ağa
- Hamlet (V.Şekspir) — Hamlet
- Maqbet (V.Şekspir) — Maqbet
- Yay gecəsində yuxu (V.Şekspir) — Gövdə Nik
- Tədbirə qarşı tədbir (V.Şekspir) — komendant
- Qətl günü (Y.Səmədoğlu) — Doktor Mahmud
- Generalın son əmri (V.Səmədoğlu) — Stalin
- İntihar (V.Səmədoğlu) — Aşot
- IV Kin (Q.Qorin) — Edmund Kin
- Nerostratı unudun (Q.Qorin) — Nerostrat
- Bir az gəlirmisiz (Ə.Nesin) — Mateh usta
- Şah İsmayıl və yaxud hamı səni sevənlər burdadı (K.Abdulla) — professor
- Kim dedi ki, simurğ quşu var imiş (K.Abdulla) — kapitan
- Yaşayan ömür (T.Qurban) — Hacı Zeynalabdin Tağıyev
- Şeyx Sənan (H.Cavid) — Platon
- Hekayəti-xırs-quldurbasan (M.F.Axundov) — divanbəyi
- Viktoriya (K.Hamsun) — müəllim
- Axır ki, qurtardı (P.Turrini) — kişi
- Romeo və Cülyetta (V.Şekspir) — Lorenso
- Mən gəldim, qızlar (L.Nuren) — D
- Konnemarada bir kəllə (M.Makdonax) — Mik Daud
- Xortdanın cəhənnəm məktubları (Ə.Haqverdiyev) — dərviş
Filmoqrafiya
- Altı nömrəli palata (film, 1994)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Bir anın həqiqəti (film, 2003)
- Lal (film, 2003)
- Oyun (film, 2003)
- Girov (film, 2005)
- Yalan (film, 2005)
- Rami (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- Qala (film, 2008)
- Teatral həyat (film, 2009)
- İstanbul reysi (film, 2010)
- Tabutçunun yelləncəyi (film, 2012)
- Dərvişin qeydləri (film, 2013)
- Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
- Aydın
- Çaqqal nəfəsi (film, 2013)
- Rəssam (film, 2015) (qısametrajlı bədii film)
- Yarımçıq xatirələr (film, 2015)
- 100 kağız (film, 2015)
- Əli və Nino (film, 2015)
- Xeyirlə şərin rəqsi (film, 2015)
- Ayaqqabı əməliyyatı (film, 2016)
- Ata ocağı (film, 2017) (bədii serial)
- Nar bağı (film, 2017)
- Son iclas (film, 2018)
- Əlvida, Şmidt! (film, 2019)
- Olimpia (film, 2021)
- Suğra və oğulları (film, 2021)
- Mərmər soyuğu (film, 2022)