peoplepill id: gulagha-aslanli
GA
Azerbaijan
2 views today
2 views this week
Gulagha Aslanli
Azerbaijani politician

Gulagha Aslanli

The basics

Quick Facts

Intro
Azerbaijani politician
Work field
Gender
Male
Place of birth
Mollaoba, Masally District, Azerbaijan
Age
72 years
Politics:
The details (from wikipedia)

Biography

Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.

Həyatı

Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir.

Siyasi fəaliyyəti

Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir.

Mərkəzi Seçki Komissiyasında

Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.

Seçkilərdə

Gülağa Aslanlı 2003-cü il prezident seçkilərində Müsavat Partiyasının, 2009-cu il konstitusiya referendumunda "Respublika" referendum üzrə təşəbbüs qrupunun, 2009-cu il bələdiyyə seçkilərində Müsavat Partiyasının, 2013-cü il prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin, 2015-ci il və 2020-ci il parlament seçkilərində isə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi olmuşdur.

Gülağa Aslanlı 2005-ci il parlament seçkilərində ilkin seçki ilə Azadlıq Blokunun 71 saylı Masallı kənd seçki dairəsi üzrə deputatlığa namizədi seçilmişdir. Həmin dairədən Elmira Axundova deputat seçilmişdir.

Gülağa Aslanlı 2015-ci il parlament seçkilərində Müsavat Partiyası sıralarından 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, seçkiləri 487 səs (2.4%) toplayaraq bitərəf namizəd Madər Musayev və hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Samirə Həsənovanın ardından 3-cü sırada tamamlamışdır.

Gülağa Aslanlı 2020-ci il parlament seçkilərində Müsavat Partiyası sıralarından yenidən 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, 531 səs (3,19%) toplayaraq seçkiləri bitərəf namizəd Madər Musayev, Aydınlar Partiyasından deputatlığa namizəd Qorxmaz İbrahimli, Müasir Müsavat Partiyasından deputatlığa namizəd Könül İsmayılova, bitərəf namizəd Rəbiyyə Məmmədova və bitərəf namizəd Kəramət Zeynalovun ardından 6-cı sırada tamamlamışdır.

Partiya fəaliyyəti

Gülağa Aslanlı 2010-cu ildə bitərəf olmuşdur, hal-hazırdaMüsavat Partiyasının üzvüdür. O, Müsavat Partiyasının VIII Qurultayında başqanlığa namizəd Arif Hacılını dəstəkləmişdir. Arif Hacılı sədr seçildikdən sonra, 30 dekabr 2014-cü il tarixində sərəncam imzalamış və Gülağa Aslanlını partiyanın Mərkəzi İcra Aparatı rəhbəri vəzifəsinə təyin etmişdir. O, bu təyinatadək Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri vəzifəsini daşıyırdı.

Gülağa Aslanlı Müsavat Partiyasının IX qurultayında Partiya Məclisinin üzvü seçilmişdir. Məclisin 4 noyabr 2019-cu il tarixli ilk iclasında isə Partiya Divanının üzvü seçilmişdir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Gulagha Aslanli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Gulagha Aslanli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes