peoplepill id: eyvaz-zeynalov
EZ
Azerbaijan Russia
4 views today
4 views this week
Eyvaz Zeynalov
писатель

Eyvaz Zeynalov

The basics

Quick Facts

Intro
писатель
Work field
Gender
Male
Place of birth
Qiyaslı
Age
74 years
The details (from wikipedia)

Biography

Eyvaz Zeynalov (tam adı:Zeynalov Eyvaz Mahmud oğlu) — Azərbaycan yazıçısı.

Həyatı

18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. 1973-cü ildə V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirib.

“Qəlibə sal” adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən “Lenin yolu” qəzetində çap olunub.

1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə “Bahalı şokolad qutusu”, 2007-ci ildə “Qırmızı almalar” (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə “Qarabağ hekayələri” (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə “Hekayələr”, 2008-ci ildə “Qış günəşi” (povestlər, hekayələr), 2013/14-cü ildə “Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) kitabı, 2014-cü ildə “Tələ” romanı, 2015-ci ildə “Alın yazısı” romanı, “Ömrə atılan daş” romanı çap edilib.

2010-cu ildə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində “Uşaq hekayələri və nağıllar” adlı kitabı çap olunub.

2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində “Kara(b)ağlayan Hikayeler” kitabı çıxıb.

2012-ci ildə Amerikada ingiliscə çap olunan “Müasir Azərbaycan nəsr antologiyası” kitabında 4 hekayəsi gedib.

2015-ci ildə Almaniyada alman dilində “Bələdçi” romanı;

2015-ci ildə İstanbulda türk dilində “Əski bisilklet” hekayələr kitabı çap edilib.

Orta məktəblərin Azərbaycan dili və Ədəbiyyat kitablarında hekayələri tədris olunur.

2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin keçirdiyi müsabiqədə “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub.

2010-cu ildə Azadlıq radiosunun “Ədəbi azadlıq” kiçik hekayə müsabiqəsinin qalibi olub, 1-ci yer.

Əsərləri rus, türk, ingilis, gürcü, qırğız, krımtatar və s. dillərə tərcüm edilib.

Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdü.

Əsərləri

1.“Rəngsiz yuxu” (povest, hekayələr)-(Yazıçı, 1990)

2.“Bahalı şokolad qutusu” (1999)

3.“Qırmızı almalar” (2007)

4.“Qarabağ hekayələri” (2009)

5.“Qış günəşi” (povestlər, hekayələr) - (2008)

6.“Bələdçi” (iki roman: “Bələdçi” və “Qisas”) - (Qanun, 2013)

7.“Tələ” romanı   (2014)

8. “Alın yazısı”  romanı  (2015)

9. “Uşaq hekayələri və nağıllar” (azərbaycan və gürcü dillərində) 2010 Tiflis

10. “Kara(b)ağlayan hikayeler” (türkcə) 2011  Ankara

11. “Bələdçi” romanı 2015   Almaniya

12. “Əski bisiklet”  (türk dilində) 2015   İstanbul                                        

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Eyvaz Zeynalov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Eyvaz Zeynalov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes