peoplepill id: elsad-nasirov
EN
Russia Azerbaijan
2 views today
2 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Tsapatagh, Gegharkunik Province, Armenia
Age
53 years
Education
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
Employers
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
Awards
For military services medal
 
The details (from wikipedia)

Biography

Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi.

Həyatı

Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.

1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir.

1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.

1998-ci ildən hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2004-cü ildən hal-hazıra qədər isə təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsində də işləyir.

Təltif və mükafatları

2004-cü ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülüb.

6 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.11.2009 tarixli 11/763 saylı əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Ailəsi

Ailəlidir, üç övladı var.

Elmi fəaliyyəti

"Konstitusiya hüququ", "Azərbaycanın bələdiyyə hüququ", "Azərbaycanın konstitusiya hüququ" (bakalavr pilləsində), "Seçki hüququ", "Bələdiyyə hüququnun müasir problemləri", "Avropa hüququ" (magistratura pilləsində) fənlərini tədris edir.

11 elmi məqalənin, 2 metodiki göstərişin, 2 dərs vəsaitinin (birgə müəllifliklə), 1 dərsliyin (birgə müəllifliklə) və 1 tədris proqramının müəllifidir.

Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi, İnsan hüquqlarınin Konstitusiya təminatları, Azərbaycanda yerli özünüidarəetmənin hüquqi tənzimi onun tədqiqat sahəsidir.

Kitabları

  1. Azərbaycanın dövlət və hüququnun əsasları. Dərs vəsaiti. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2003, 438 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov, X. Məmmədov)
  2. Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları. Dərslik. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2005, 379 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov)
  3. Bələdiyyə hüququ (sxemlərdə). Dərs vəsaiti. Bakı: "Qanun" nəşriyyatı, 2008, 156 s. (A. İsmayılov, B. Bədəlov)
  4. Основы информационного права. Учебное пособие. Bakı: "Qanun" nəşriyyatı, 2010, 456 s. (həmmüəllif R. Aslanov)
  5. Конституция Азербайджанской Республики и основы права. Учебник. Bakı: "Qanun" nəşriyyatı, 2010, 464 s. (həmmüəlliflər Z. Əsgərov, M. İsmayılov)
  6. Административное право. Учебник. Bakı: "Qanun" nəşriyyatı, 2012, 576 s. (həmmüəllif R. Aslanov)

Seçilmiş əsərləri

  • Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsinin nəzəri və praktiki problemləri, Bakı, 2008,
  • Bələdiyyə hüququ (sxemlərdə), dərs vəsaiti, Bakı, 2008,
  • Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin kütləvi informasiya vasitələri ilə əlaqəsinin əsas istiqamətləri, Bakı, 2007,
  • Konstitusiya hüququ (tədris proqramı), (birgə müəllifliklə), Bakı, 2006,
  • Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları (dərslik), (birgə müəllifliklə), Bakı, 2005,
  • Azərbaycanin dövlət və hüququnun əsasları (dərs vəsaiti), (birgə müəllifliklə), Bakı, 2003,
  • Bələdiyyə hüququ (metodik göstərişlər), Bakı, 2003,

Seminar, simpozium və konfranslarda iştirakı

  • 2008, Bakı, Azərbaycan; BDU Hüquq fakültəsinin 80 illik yubileyinə həsr edilmiş "Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri" mövzusunda elmi konfrans
  • 2007, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası və ATƏT-in Venesiya Komissiyası tərəfindən təşkil olunmuş "Azərbaycan Respublikası seçki qanunvericiliyinin təkmilləşdirilməsi" mövzusunda konfrans
  • 2007, Bakı, Azərbaycan; BDU və İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatı tərəfindən təşkil olunmuş "İnsan hüquqları üzrə Müvəkkilin dövlət orqanları və kütləvi informasiya vasitələri və qeyri hökemət təşkilatları ilə qarşılıqlı əməkdaşlığı" mövzusunda konfrans
  • 2004, Utrext, Hollandiya; Avropa Hüquq fakültələri Assosiasiyasının "Keyfiyyətin təmin edilməsi, qiymətləndirmə və akkreditasiya Komitəsi" tərəfindən təşkil olunmuş "Keyfiyyətin təmin edilməsi, qiymətləndirmə və akkreditasiyası və Avropa hüququ təhsili" mövzusunda konfrans
  • 2002, Bakı, Azərbaycan; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunmuş "Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi" mövzusunda seminar
  • 2002, Tbilisi, Gürcüstan; Gürcüstan Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu və Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi "Cənubi Qafqaz ölkələrində federalizm və regionalizm perspektivləri" mövzusunda konfrans
  • 2002, Bakı, Azərbaycan; AR Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyası tərəfindən təşkil olunmuş "Avropada etno-siyasi münaqişələrin nizama salınmasının hüquqi səciyyəsi" mövzusunda konfrans
  • 2000, Moskva, Rusiya Federasiyası; "İnsan hüquqları, dünya mədəniyyəti – məzmunu və tədris metodları" adlı X Beynəlxalq Sessiya
  • 2000, Bakı, Azərbaycan; AR Konstitusiya Məhkəməsi və Avropa Şurası tərəfindən təşkil olunmuş "İnsan hüquqları haqqında Avropa Konvensiyası konstitusion hüquqlarin mənbəyi kimi" movzusunda seminar
  • 2009, Seçki hüququnun prinsipləri seçkilərin demokratikliyinin vacib şərtidir. BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Elsad Nasirov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Elsad Nasirov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes