peoplepill id: elnare-xelilova
EX
Azerbaijan
3 views today
5 views this week
Elnare Xelilova
Azerbaijani singer

Elnare Xelilova

The basics

Quick Facts

Intro
Azerbaijani singer
Work field
Gender
Female
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
43 years
Awards
médaille commémorative « centenaire du service des frontières de l'Azerbaïdjan (1919-2019) »
 
Genre(s):
The details (from wikipedia)

Biography

Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı

Həyatı

Uşaqlıq illəri

Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub.

Gənclik illəri

1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb — "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

Son dövrlər

Elnarə Xəlilova gənclərə dəstək olmaq məqsədilə "El yaradıcılıq" mərkəzini yaratmışdır. Burada o, bir çox gənc musiqiçilərə öz dəstəyini göstərir. Tələbələri ilə efirlərə qatılır, kliplər təqdim edir.

Şəxsi həyatı

Ailəlidir. 4 övladı — 1 qızı, 3 oğlu var. 2006-cı ildə ailə həyatı quran Elnarənin 2007-ci il iyunun 22-də qızı, 2009-cu il oktyabrın 11-də oğlu olub.

Klipləri

SayAdTarix
01Qəm Otağı2003
02Uzaqlara ft. Elşad Xose2004
03Çünki Gəncsən ft. Elşad Xose2005
04Məhəbbət Payım2005
05Yuxulu Şəhər2006
06Cibdə Varsa Pul ft. Dəyirman2006
07Gentleman2012
08Ha-Ha2012
09Dayan ft. Barış Kömürcüoğlu2014
10Eşq İlə Boyan2015
11Xocalıya Ədalət2018
12Sevgi Fəslim2018
13Səndən Sonra2019
14Sonuncu Zəng2019
15Məhəbbət Başlar2019
16Qarabağ Atları2019
17Darıxsan2020
18Ayrıldıq (Akustik)2020
19Ruh Əkizi2020
20Yalnızlık2021
21Həkimlər2021
22Əvəzimi Tap2021
23Ay Laçın2021
24İnanıram ft. Samira AliMaryam2022
25Necə Unudum Səni ft. Bəbir Bəbirli2022
26Sevdim Səni2022
27Dəmir Yumruq2022
28Olduğum Kimi2022
29Land Of Fire Azerbaijan2023
30Min Cavana Dəyərəm2023
31Uşaqlar Bayramı2023
32Like Elə2023
33Darıxıram ft. Döngə2023
34Söylə ft. Uran2023
35Məhəbbət Payım (Minor)2024

Filmoqrafiya

  1. Məşədi İbad-94 (film, 2005) — Gülnaz
  2. Milçək (film, 2006) (mahnı ifa edən)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Elnare Xelilova

Basics

Introduction

Həyatı

Klipləri

Filmoqrafiya

Lists

Also Viewed

Lists
Elnare Xelilova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Elnare Xelilova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes