peoplepill id: elnar-qarayev
EQ
Azerbaijan
2 views today
2 views this week
Elnar Qarayev
Actor

Elnar Qarayev

The basics

Quick Facts

Intro
Actor
Gender
Male
Place of birth
Sumqayit, Azerbaijan
Age
41 years
The details (from wikipedia)

Biography

Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983(1983-01-26), Sumqayıt) - Aktyor

Həyatı

Qarayev Elnar Cəfər oğlu 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-ci ildə Azərbaycan DövlətMədəniyyət və İncəsənət UniversitetininTeatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. Bu teatrda oynadığı rollar:

  • Bayram ("Dönüş", Cəfər Cabbarlı),
  • Killer ("Oğul", A. Babayev),
  • Qara div ("Məlikməmməd" nağılı),
  • Kəndli ("Ölülər", Cəlil Məmmədquluzadə),
  • Həkim ("Domoklun qılıncı", Nazim Hikmət),
  • Qapıçı ("Xəyanətin müsibəti", İ. Kərimov),
  • Sərkərdə ("Dəli Domrul", Altay Məmmədov),
  • Xanəli ("Türk sancağı", A. Qurbani) və s.

Elnar Qarayev 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınınaktyor truppasına qəbul olunub.O, bu teatrın səhnəsindəaşağıdakı rolları ifa edib.

  • Kəndli, Məhbus ("Dirilən adam", Mir Cəlal),
  • Aşıq ("Ölüləri qəbristanlıqda basdırın", İsmayıl Şıxlı),
  • Tələbə ("Mesenat", Əli Əmirli),
  • Sehrbaz pişik ("Tıq-tıq xanım", Abdulla Şaiq),
  • Katib ("İkinci səs", Bəxtiyar Vahabzadə ),
  • Sakit ("Bizim qışın sərgüzəşti", X. Həsənova ),
  • Cəlil ("İmzanın hökmü", T. Kazımov),
  • 1-ci ozan ("Gəl Novruzum", S. Cavadlı),
  • Culian Qoşer (Dövlət naziri)("Kvazimodo", Viktor Hüqo),
  • Mühafizəçi ("Varlı qadın", Əli Əmirli),
  • Jurnalist ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
  • Xidmətçi ("Bu dünyanın adamları", Hidayət),
  • Marsel ("Hamlet", Uilyam Şekspir),
  • Süpürgəçi ("Qatil", Elçin)
  • Bədəl ("Boy çiçəyi", İlyas Əfəndiyev)
  • Xansu ("Mənim günahım", İlyas Əfəndiyev)
  • Kişi ("Keçmişdən zəng", Anatoli Krım)
  • Yaşar ("Yaşar", Cəfər Cabbarlı)

Elnar Qarayev "Etiraf" bədii-sənədli filmində C.Cabbarlı, "Yanmış körpülər" teleserialında Ərəb mühafizəçisi, "Sarı gəlin" televiziya tamaşasında Ağaəli obrazlarını ifa etmişdir.

Mükafatları

2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb.

10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Yanmış körpülər (film, 2007)
  2. Biz qayıdacağıq (film, 2007)
  3. Aktrisa (film, 2011)(tammetrajlı bədii film)-rol: əməliyyatçı
  4. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  5. Ünvansız eşq (2011)
  6. Xoca (film, 2012)
  7. Üç görüş
  8. Muradına çatan Günəş
  9. Dərvişin qeydləri (film, 2013)
  10. Fədakar (film, 2015)
  11. Günəşim ol (teleserial, 2016)-rol: Fərhad
  12. Ölülər. 21 əsr. (film 2016) -rol kefli İskəndər
  13. Uçurum (teleserial, 2018)-rol: Ayaz
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Elnar Qarayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Elnar Qarayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes