Elnar Qarayev
Quick Facts
Biography
Qarayev Elnar Cəfər oğlu (26 yanvar 1983(1983-01-26), Sumqayıt) - Aktyor
Həyatı
Qarayev Elnar Cəfər oğlu 26 yanvar 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2006-ci ildə Azərbaycan DövlətMədəniyyət və İncəsənət UniversitetininTeatr kollektivinin rejissoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Tələbə vaxtlarından Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsinə daxil olub. Bu teatrda oynadığı rollar:
- Bayram ("Dönüş", Cəfər Cabbarlı),
- Killer ("Oğul", A. Babayev),
- Qara div ("Məlikməmməd" nağılı),
- Kəndli ("Ölülər", Cəlil Məmmədquluzadə),
- Həkim ("Domoklun qılıncı", Nazim Hikmət),
- Qapıçı ("Xəyanətin müsibəti", İ. Kərimov),
- Sərkərdə ("Dəli Domrul", Altay Məmmədov),
- Xanəli ("Türk sancağı", A. Qurbani) və s.
Elnar Qarayev 2005-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınınaktyor truppasına qəbul olunub.O, bu teatrın səhnəsindəaşağıdakı rolları ifa edib.
- Kəndli, Məhbus ("Dirilən adam", Mir Cəlal),
- Aşıq ("Ölüləri qəbristanlıqda basdırın", İsmayıl Şıxlı),
- Tələbə ("Mesenat", Əli Əmirli),
- Sehrbaz pişik ("Tıq-tıq xanım", Abdulla Şaiq),
- Katib ("İkinci səs", Bəxtiyar Vahabzadə ),
- Sakit ("Bizim qışın sərgüzəşti", X. Həsənova ),
- Cəlil ("İmzanın hökmü", T. Kazımov),
- 1-ci ozan ("Gəl Novruzum", S. Cavadlı),
- Culian Qoşer (Dövlət naziri)("Kvazimodo", Viktor Hüqo),
- Mühafizəçi ("Varlı qadın", Əli Əmirli),
- Jurnalist ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev),
- Xidmətçi ("Bu dünyanın adamları", Hidayət),
- Marsel ("Hamlet", Uilyam Şekspir),
- Süpürgəçi ("Qatil", Elçin)
- Bədəl ("Boy çiçəyi", İlyas Əfəndiyev)
- Xansu ("Mənim günahım", İlyas Əfəndiyev)
- Kişi ("Keçmişdən zəng", Anatoli Krım)
- Yaşar ("Yaşar", Cəfər Cabbarlı)
Elnar Qarayev "Etiraf" bədii-sənədli filmində C.Cabbarlı, "Yanmış körpülər" teleserialında Ərəb mühafizəçisi, "Sarı gəlin" televiziya tamaşasında Ağaəli obrazlarını ifa etmişdir.
Mükafatları
2006-cı ildə Zaqulbada keçirilən VI Beynəlxalq Audiovizual Festivalın aparıcısı olub. Həmin ildə Gəncə şəhərində keçirilən I Ümumrespublika bədii qiraət müsabiqəsinin diplomantı adını qazanıb.
10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- Yanmış körpülər (film, 2007)
- Biz qayıdacağıq (film, 2007)
- Aktrisa (film, 2011)(tammetrajlı bədii film)-rol: əməliyyatçı
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Ünvansız eşq (2011)
- Xoca (film, 2012)
- Üç görüş
- Muradına çatan Günəş
- Dərvişin qeydləri (film, 2013)
- Fədakar (film, 2015)
- Günəşim ol (teleserial, 2016)-rol: Fərhad
- Ölülər. 21 əsr. (film 2016) -rol kefli İskəndər
- Uçurum (teleserial, 2018)-rol: Ayaz