Elmaddin Aliyev
Quick Facts
Biography
Elməddin Aftandil oğlu Alıyev — aktyor, rejissor, ssenari müəllifi.
Həyatı
Elməddin Aftandil oğlu Alıyev 10 iyun 1984-cü ildə Laçında anadan olub. ADMİU-nun rejissorluq fakültəsini bitirib (2001-2005). 2007-ci ildə Rüstəm İbrahimbəyovun “Beynəlxalq Kino Məktəbi”nə qəbil olunub. Elməddin Alıyev 2004-cü ildən müstəqil televiziyalardan birində rejissor kimi çalışır. 2002-ci ildə UNICEF-in təşkil etdiyi “Gənclik və Sülh” qısametrajlı filmlər layihəsində 10 ən yaxşı qısametrajlı bədii filmdən birinin müəllifi olub. Məşhur rejissorların təşkil etdikləri seminarlar və treninqlərdə iştirak edib. 2005-ci ildə Alman rejissoru və “Açıq Cəmiyyət İnstitutu” (Soros fondu) tərəfindən təşkil edilmiş beynəlxalq kinoseminarın iştirakçısı olub. Elməddin Alıyev 2008-ci ildə “Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində fərqləndiyinə görə diplomla təltif edilib.
Beynəlxalq kinofestivalların iştirakçısı və qalibi
- “İlk Neftin Parılstısı” filmi 6-cı Beynəlxalq Audiovizual Festivalında “filmin orijinal həlli”nə görə xüsusi mükafata (2006, Bakı),
- “Koramal” filmi 14-cü 2ANNAS Beynəlxalq Flm Festivalında “Special Mention” (2009, Riqa / Latviya),
- 8-ci Beynəlxalq Docufest Festivalında “Special Mention” (2009, Prizren / Serbiya),
- 7-ci Start Beynəlxalq Tələbə Filmləri Festivalında “Special Mention” (2009, Bakı),
- 3-cü STEPS Beynəlxalq Kino Festivalında “ən yaxşı operator işi” (2009, Ukrayna),
- 4-cü Rəhmət Beynəlxalq Film Festivalında “ən yaxşı bədii film” (2010, İran) mükafatlarına layiq görülüb.
- “Nəfəs” filmi isə 7-ci Beynəlxalq Audiovizual Festivalda “ən yaxşı bədii film” (2007, Bakı).
- 3-cü STEPS Beynəlxalq Kino Festivalında “ən yaxşı rejissor işi” (2009, Ukrayna) mükafatlarını alıb.
Filmoqrafiya
- HESABAT >> Rejissor
- NƏFƏS >> Rejissor
- GENERAL DE QOLL BAKIDA >> Rejissor
- KRİZİS MƏRKƏZİ >> Rejissor
- TALASSEMİYA >> Rejissor
- İLK NEFTİN PARILTISI >> Rejissor
- QARA QUTU >> Ssenari müəllifi, Rejissor
- KORAMAL >> Ssenari müəllifi, Rejissor
- Sirr