peoplepill id: dadash-bakhman-ogly-ragimov
DR
Azerbaijan
7 views today
7 views this week
Dadash-Bakhman-ogly Ragimov
Azeri ichthyologist

Dadash-Bakhman-ogly Ragimov

The basics

Quick Facts

Intro
Azeri ichthyologist
A.K.A.
Ragimov
Work field
Gender
Male
Place of birth
Siyov, Lerik District, Azerbaijan
Death
Age
59 years
Education
Baku State University
The details (from wikipedia)

Biography

Dadaş Bəhmən oğlu Rəhimov - Azərbaycan alimi, biologiya elmləri doktoru.

Həyatı

Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan SSR Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, Lənkəran Kənd Təsərrüfatı Texnikumuna “Aqronomluq” fakültəsinə daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirdikdən sonra 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqranom vəzifələrində işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə "Bioloq-zooloq" ixtisasına daxil olmuişdur.D. Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Rspublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və A. Mahmudbəyovun elmi rəhbərliyi altında 1966-cı ildə "Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti"” mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti

Dadaş Rəhimovun uzunmuddətli tədqiqatları nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və yarımnövlərini müəyyən etmişdir. O,elmdə 2 növ və 7 yarımnövü ilk dəfə təsvir etmişdir. Dadaş Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır. 1982-ci ildən ömrünün sonuna qədər (2004) İxtiologiya laboratoriyasının müdiri işləmişdir. O, 1982-2004-cü illərdə Azərbaycanın balıq faunasının tədqiq edilməsi üzrə aparılan elmi tədqiqat işlərinə rəhbərlik etmiş, 100-dən çox elmi məqalənin müəllifidir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Dadash-Bakhman-ogly Ragimov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Dadash-Bakhman-ogly Ragimov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes