Birol Aydin
Quick Facts
Biography
Birol Aydın (1969, Gümüşhane ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı
Birol Aydın 1969-cu ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai və orta təhsilini Gəbzə ilçəsində alıb. Tunisin Zeytun Universiteti İslam Sivilizasiyası Bölməsindən məzun olub.
Milli Gənclər Vəqfində (MGV) və Anadolu Gənclər Dərnəyində çalışıb. 2007-2014-cü illərdə Beynəlxalq Gənclər Forumunun (IYFO) İdarə Heyətində təmsil olunub. 2007-ci ildən İqtisadi və Sosial Araşdırmalar İnstitutunun (ESAM) İdarə Heyətinin üzvüdür.
Siyasi fəaliyyəti ərzində Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Fəzilət Partiyasında Kocaeli il şöbəsinin İdarə Heyətinin üzvü olub. Səadət Partiyasında isə 2002-2006 və 2014-2017-ci illərdə Kocaeli il şöbəsinin sədri, 2010-2019-cu illərdə sədrin müavini vəzifəsində çalışıb. 2006-cı ildən İdarə Heyətinin üzvü, 2020-ci ildən isə Səadət Partiyasının sözçüsüdür.
2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Ərəbcə bilir. Evli və 3 uşaq atasıdır.