Bernhard Petri
Quick Facts
Biography
Bernqard Eduardoviç Petri (17 sentyabr 1884-25 noyabr 1937)—sovet etnoqrafı və antrapoloqu.
Həyatı
Bernqard Eduardoviç Petri 17 sentyabr 1884-cü ildə Berndə anadan olmuşdu. Uşaqlığı İtaliyada keçmişdi. Gimnaziyanı və universiteti Sankt-Peterburqda bitirmişdi. Onun hamisi və ustadı akademik Vasili Radlov idi. Universiteti tamamlayandan sonra Rusiya elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyində ştatdankənar əməkdaş, sonra kiçik etnoqraf vəzifələrində çalışmışdı. Avstraliya və Okeaniya şöbəsinə başçılıq etmişdi.
Bernqard Petri 1912, 1913 və 1916-cı illərdə Pribaykala antropo-arxeoloji ekspedisiyada iştirak etmişdi.
Bernqard Petri 1918-ci ildən İrkutsk Universitetinin dosenti, sonra professoru vəzifəsində çalışmışdı.
Onun diyarşünaslıq dərnəyinə gələcək akademik A. P. Okladnikov (1908—1981) və tarix elmləri doktoru M. M. Gerasimov (1907—1970) tez-tez baş çəkirdilər. Etnoqraf-alim Rusiya coğrafiya cəmiyyətinin Şərqi Sibir bölməsinin işlərində iştirak edirdi.
Bernqard Petri azsaylı yerli xalqların yanına ekspedisiya təşkil etmişdi. 1925-ci ildə tofolarları, 1926, 1928, 1929-cu illərdə oka soyotlarını, 1930-cu ildə tutura-oçeul evenklərini, vitim-olekmin evenklərini tədqiq etmişdi. 1934-cü ildə Anqara çayı ətrafını arxeoloji cəhətdən nəzərdən keçirmişdi. 1936-cı ildə isə Kuda çayı boyunca kəşfiyyat qazıntıları aparmışdı.
Bernqard Petri 1937-ci ildə saxta ittihamlarla tutuldu. 25 noyabr 1937-ci ildə güllələndi.
Əsərləri
- Петри Е. Л. Путеводитель по МАЭ: Отдел Океании. Пг., 1914, 65 с.
- Петри Б. Э. Этнография и современность. Иркутск, 1927, с. 7, 11.
- Петри Б. Э. Карагасский суглан. Иркутск, 1927, с. 38.
- Петри Б. Э. Далекое прошлое Прибайкалья. Научно-популярный очерк. Иркутск, 1928, 73 с.; он же. Старая вера бурятского народа. Научно-популярный очерк. Иркутск, 1928, 78 с.
- Петри Б. Э. Школа шаманов у северных бурят. — Сборник трудов проф. и препод. ИГУ. Иркутск, 1923. Вып. 5, с. 404—423;
- Петри Б. Э. Степени посвящения монголо-бурятских шаманов. — Известия БГНИИ при ИГУ. Иркутск, 1926. Т. II, вып. 4, с. 39 — 75.
- Петри Б. Э. Задачи дальнейшего исследования туземцев Сибири и метод обследования целых народностей. — Труды Первого сибирского краеведческого научно-исследовательского съезда. Новосибирск, 1928. Т. 5.
- Петри Б. Э. Бюджет карагасского хозяйства. Иркутск, 1928, с. 2.
- Петри Б. Э. Охота и оленеводство у тутурских тунгусов в связи с организацией охотхозяйства. Иркутск, 1930.
- Петри Б. Э. Проект культбазы у малых народов Сибири. Томск, 1928.
- Петри Б. Э. Областной музей и его организация на демократических началах. Иркутск, 1921