Baybala Abbasov
Quick Facts
Biography
Abbasov Bəybala Xudkar oğlu (27 noyabr 1923, Siyəzən rayonu – 16 fevral 2012, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor.
Həyatı
Bəybala Abbasov 1923-cü il 17 noyabrda Siyəzən rayonunun Zərgərli kəndində anadan olmuşdur. Dağlıdır. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, həmən ildə ümumi cərrahiyyə üzrə 6 aylıq kurs bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Tibb Universitetinin topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasına 3 illik ordinator vəzifəsinə seçilib.
1953-cü ildə N. A. Semaşko adına xəstəxananın nəzdində olan operativ cərrahiyyə klinik şöbəsində müdir, 1958-ci ildən 1963-cü ilədək cərrahi şöbələr üzrə baş həkimin müavini vəzifəsində çalışmışdır. 1957-ci ildən uzun müddət Səhiyyə nazirliyinin müalicə komissiyasının 4-cü şöbəsinin konsultantı olub, mürrəkkəb cərrahi əməliyyatlar aparmışdır. 1960-cı ildə "Boyun nahiyyəsində ümumi yuxu arteriyası və onun şaxələrinin xarici quruluşca müxtəlifliyi və xarici yuxu arteriyanın yerini dəyişməklə onların defektlərinin əvəz edilməsi mümkünlüyü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1961-ci ildən 1963-cü ilədək ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti seçilmişdir. 1963–1968-ci illərdə Leninqrad şəhərində Hərbi tibb Akademiyanın topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasında "Qarın aortasının rezeksiyası və plastikası" adlı doktorluq dissertasiyası müdafiə edib və Bakıya qayıdıb. 1968-ci ildə ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1969-cu ildə həmin kafedranın professoru seçilib. 1969-cu ildə ATU-da ilk dəfə ürək-damar cərrahiyyəsi və reanimasiya kursu təşkil edib və onun müdiri vəzifəsində işləmişdir. 1969-cu ildə ATU-nun müalicə-profilaktika fakültəsinin dekan müavini və sonralar dekanı vəzifəsində çalışmışdır. 1971-ci ildə ATU-nun ümumi cərrahiyyə kafedrasının professoru, 1973–1989-cu illərədək həmən kafedranın müdiri olmuşdur. 1960-cı ildən 1990-cı ilədək doğum xəstəxanalarının, Səhiyyə nazirliyinin müalicə komissiyasının 4-cü şöbəsinin konsultantı olmuş, dəmir yolu xəstəxanasının, hərbi hospitalın məsləhətçisi olmuşdur. Azərbaycan ensiklopediyasının elmi məsləhətçisi olmuşdur. 1989-cu ildən indiyədək ümumi cərrahiyyə kafedranın profesoru vəzifəsində çalışıb.
ATU-nun problem ekspert komissiyasının, səmərələşdiricilər bürosunun, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cərrahiyyə və travmatologiya üzrə attestasiya komissiyasının üzvü, "Cərrahiyyə" və "Kimya, biologiya, tibb" jurnallarının redaksiya heyətlərinin üzvü idi.
"Şöhrət" ordeni, Səhiyyə əlaçısı nişanı, Səhiyyə Nazirliyinin 6 Fəxri fərmanı ilə, 3 medalla təltif olunmuşdur.
Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmiş, prezident təqaüdçüsü Bəybala Abbasov 2012-ci il 16 fevral tarixində Bakı şəhərində vəfat etmişdir.
Əflatun Xudkar oğlu Kərimovun (tibb elmləri doktoru, professor) qardaşıdır.
Elmi işləri
156 elmi əsərin müəllifidir: ümumi cərrahiyyə fənni üzrə 2 dərslik, 2 monoqrafiya, 2 ixtira, 20-dən artıq səmərələşdirici təklif, 4 metodiki tövsiyə və 130-dan artıq elmi məqalə nəşr etmişdir.
Rəhbərliyi altında 1 doktorluq və 5 namizədlik dissertasiyası müdafiə edilmişdir. Azərbaycan Respublikasının Şöhrət Ordenli Əməkdar Elm Xadimi, damar cərrahiyyəsinin böyük öncüsü, tibb elmləri doktoru, professor Abasov Bəybala Xudkar oğlunun İXTİRALARI: 1. "Qan damarlarının plastik üsulu". Müəlliflik Sertifikatı Patent № 935084: 16.02.1982. 2. "Parenximatoz üzvlərin çoxsaylı zədəlnməsində orqansaxlayıcı cərrahi əməliyyat metodu". Müəlliflik şahədətnaməsi , Patent № 960044: 30.07.96
SƏMƏRƏLƏŞDIRICI TƏKLIFLƏRİ: 1. "Daş doğrayan qurğu ilə hər iki bazu (dirsəkvarı və radial) sümüklərin (kiçik sümük fraqmentlərinədək) dağılması". Xəstə, 17 yaşlı, yuxarı ətrafın saxlanması cərrahi müdaxilədən 3 ay sonra: dirsəkvarı sümüyün 8 sm-dək uzanması. Səmərələşdirici təklif № 18, 27. 05. 1975. 2. "Bud arteriyasının arteriovenoz anevrizması baldır və pəncənin sağalmayan trofik xoralarının səbəbidir". Səmərələşdirici təklif № 45, 17. 01. 1977. 3. "Qan damarlarının yan plastikası metodu". Səmərələşdirici təklif № 24, 27. 01. 1978. 4. "Anevrizmektomiyadan sonra bud arteriyasında qan dövranının bərpası ilə yanaşı baldır və pəncənin trofik xoralarının sağalması; əmək qabiliyyətinin bərpası". Səmərələşdirici təklif № 37, 5. 03.1978. 5. " Qarın dializi metodu ilə drenaj borudan istifadə edərək irinli peritonitlərin müalicəsi". Səmərələşdirici təklif № 45, 16. 06. 1981 (Hacıyev D. N., Aslan-zadə R. A.) 6. " Peritonun və aponevrozun dublikatura yolu ilə böyük residivli yırtıqlar zamanı autoplastikası". Səmərələşdirici təklif № 47, 25. 06. 1981 7. " İki tərəfli matras tikişi". Səmərələşdirici təklif № 52, 20.10.1982. 8. "Yanbayan damar anastomozu" Səmərələşdirici təklif № 53, 22. 12. 1982 9. "Kəskin appendisitin differensiasiya üsulu". Səmərələşdirici təklif № 75, 18. 03. 1984 (Bağırov H. S., Cümşüdov C. Q.).10. "Qaraciyər və dalağa qoyulan yeni hemostatik tikiş üsulu" Səmərələşdirici təklif № 158, 1987. 11. "Öd yollarından daşların cıxarılma metodu" Səmərələşdirici təklif: № 159 26. 05. 1987 (B. M. Ashurov, Bağırov H. S.). 12. "Ümumi öd axarının bütöv (tam) tikişinin möhkəmlənməsi metodu". Səmərələşdirici təklif № 160, 26. 05. 1987 (B. M. Ashurov, Bağırov H. S.). 13. "Bir drenaj boru ilə qarın analizinin yerli lavajı və limfotrop terapiyasının aparılma metodu " Səmərələşdirici təklif № 184, 10. 03. 1988 (B. M. Ashurov, Hacıyev C. N.). 14. "Dalağın travmatik zədələnməsı zamanı orqansaxlayıcı cərrahi əməliyyat metodu". Səmərələşdirici təklif № 185, 10. 03. 1988 (Hacıyev C. N., Abbasov A. T.) 15. "Pentinari-Daqradi metodu ilə ekstrasellular mayenin həcminin müəyyən edilməsi texnikasının modifikasiyası" Səmərələşdirici təklif № 205, 1988 (Cümşüdov C. Q., Ashurov B. M.). 16. "Cərrahi əməliyyatdan sonra iltihablı-irinli yaraların ağırlaşmalarının erkən diaqnostika üsulu". Səmərələşdirici təklif № 207, 1988. 17. "İltihablı-irinli xəstəliklərin müalicə üsulu". Səmərələşdirici təklif № 208, 1988 (Ağayev A. Y., , Bağırov H. S.). 18. "Boşluq orqanlara qoyulan tikişlərin tutarsızlığının erkən diaqnostikası, profilaktikası və yerli peritonitin müalicəsi". Səmərələşdirici təklif № 261 от 16. 12. 1991 (Hacıyev C. N., Radvan A.). 19. "Reparativ proseslərin tokoferol asetatla stimulyasiyası". Səmərələşdirici təklif № 269, 16. 03. 1992 (Hacıyev C. N., Ashurov B. M., Abbasov A. T). 20. "Professor B. X. Abasovun dirsək simptomu ", Səmərələşdirici təklif № 387, 29. 01. 2000 21. "Daxili orqan – diş patologiyalarının profilaktik üsulu". Səmərələşdirici təklif № 514; 20. 10. 2008.