peoplepill id: azer-gasimli
AG
6 views today
6 views this week
The basics

Quick Facts

Gender
Male
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
49 years
Education
Academy of Public Administration of Azerbaijan under the President of the Republic of Azerbaijan
Baku, Baku Uyezd, Azerbaijan
The details (from wikipedia)

Biography

Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru.

Həyatı

Azər Qasımlı 1975-ci il martın 31-də Bakıda geologiya üzrə elmlər namizədi Ağaqasım Qasımovun və Şəfiqə Nəsrullayevanın ailəsində anadan olub.

Azər Qasımlı 1994-1998-ci illərdə paralel olaraq həm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında "siyasətşünaslıq" ixtisası üzrə, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Bədii sənaye fakültəsində ali bakalavr təhsili almışdır. O, DİA-dan fərqlənmə diplomu ilə məzun olub.

Həmin illərdə ABŞ-nin qeyri-hökümət təşkilatı olan "Freedom House"un təşkil etdiyi "Azərbaycanda siyasi ideologiyalar" layihəsində çalışıb.

1996-cı ildə dərc edilmiş "Azərbaycanda liberalizm və milliyyətçilik" mövzusunda olan broşurların müəllifidir.

1997-ci ildə Soros Fondunun Ukraynada təşkil etdiyi gənc sosioloq və politoloqların konfransında iştirak edir və konfransın kitabında məqaləsi dərc olunur.

1998-ci ildə isə Azər Qasımlının müəlliflik etdiyi seçki texnologiyaları ilə bağlı broşurlar çap olunur. 1998-ci ildə IDEE-nin Varşavada təşkil etdiyi konfrasda iştirak edən Azər Qasımlının Polşanın "Wyborcza" qəzetində böyük müsahibəsi dərc olunur. Azər Qasımlı 1998-ci ildə təhsilini davam etdirmək üçün Türkiyəyə yola düşür. Əvvəlcə İzmir şəhərində Ege Universitetinin türk dili və ədəbiyyatı fakültəsinin bir illik proqramını oxuyur.

Daha sonra İstanbula gedərək 2001-ci ildə Mərmərə Universitetində Beynəlxalq münasibətlər fakültəsində Əhməd Davudoğlundan dərs alır. Burada o, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə edərək magistr dərəcəsinə yiyələnir.

2009-cu ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Azərbaycanda siyasi rejimlərin formalaşması" mövzusunda dissertasiya işini müdafiə edərək siyasət üzrə fəlsəfə doktoru olur.

2008–2009-cu illərdə Azər Qasımlının Rusiyanın "Policy" jurnalında silsilə məqalələri dərc edilir.

2005–2010-cu illərdə Azər Qasımlı Almaniya, Estoniya və Rusiyada biznes layihələr həyata keçirir. Ancaq Azərbaycana qayıtmaq qərarında israrlı olan Azər Qasımlı yenidən ölkəyə qayıdaraq əvvəllər maraq göstərdiyi siyasətə qatılır.

2011–2019-cu illər arası Azər Qasımlı Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü, Partiya Təşkilat Komitəsinin koordinatoru, Respublikaçı Alternativ Partiyasının Məclis Başqanı olub.

6 noyabr 2019-cu il tarixində Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun partiya strukturu və idarə etməsində yürütdüyü dəyişikliklərə etiraz edərək partiya sıralarından istefa vermişdir.

Hal-hazırda müstəqil siyasi fəaliyyət göstərir.

Ailəsi

Atası Ağaqasım Qasımov 1966-cı ildə Rusiyanın Lübersı şəhərində yerləşən Aleksandr Aleksandroviç Skoçinski adına Dağ-Mədən İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək Bakıya geri dönüb və ömrünün sonunadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoq kimi çalışıb.

Anası Şəfiqə Nəsrullayeva isə 1965-ci ildə Azərbaycan Dillər Universitetini bitirib.

Ağaqasım Qasımov və Şəfiqə Nəsrullayeva İçərişəhərdə tanış olublar və ailə həyatı qurduqdan sonra Müslüm Maqomayev küçəsi, ev 83-də yaşamağa başlayıblar.

Samirə adlı xanımla ailəlidir. Azərin və Dəniz adlı 2 qızı, Altan adlı 1 oğlu var.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Azer Gasimli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Azer Gasimli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes