peoplepill id: aydin-kazimzade
AK
5 views today
5 views this week
Aydın Kazımzadə
Actor

Aydın Kazımzadə

The basics

Quick Facts

Intro
Actor
Gender
Male
Place of birth
Baku, Shamakhi Governorate, Russian Empire
Age
84 years
Education
Baku State University
The details (from wikipedia)

Biography

Aydın Ələsgər oğlu Kazımzadə — Azərbaycan kinoşünası, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi(2005), Prezident təqaüdçüsü (2012).

Həyatı

Kazımzadə Aydın Ələsgər oğlu (Aydın Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur.7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxumuş, 1958-ci ildə isə 57 nömrəliaxşam fəhlə-gənclər məktəbini bitirmişdir.1955-1958-ci illərdə istehsalatda işləyib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var.

Fəaliyyəti

1963-cü ildən kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada ÜDKİ nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçillərinin ixtisasartırma kurslarını bitirmişdir. 50 il iş stajı var.

Azərbaycanda kino mətbuatının yaradıcısı olmuş, " Kino " qəzetinin və " Film " jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, " Azərkinovideo " İB-də reklam şöbəsinin müdiri,Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini,icraçı direktoru,Dövlət Filmfondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışmışdır.

1997-ci ildən indiyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Kino tarixi fənnindən dərs deyir və adı cəkilən universitetin dosentidir. Hazırda AzərbaycanDövlət Filmfondunun nəzdində kino muzeyinin aparıcı mütəxəssisi kimi fəaliyyət göstərir. Yaşı ilə bağlı 2012-ci ildə işdən çıxana kimi Film Fondunda kino arxiv üzrə başmütəxəssis vəzifəsində fəaliyyət göstərmişdi.

Redaktoru olduğu " Kino " qəzeti 1974-cü ildə kinemotoqrafiya sahəsində dərc edilən mətbuat orqanlarının ümumittifaq müsabiqəsinin qalibi olmuş və SSRİ Kinemotoqrafiya Komitəsinin diplomu ilə mükafatlandırılmışdır.İndiyə kimi kinoya aid 200-dənartıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap olunmuşdur. Yerli televiziya kanallarında"Kino tariximizdən" və "Kinoman" verlişlərinin aparıcısı olmuşdur.Hazırda "Mədəniyyət" kanalında "Kinosalnamə" verlişinin aparıcısı və ssenari müəllifidir.

Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq prezident Heydər Əliyev tərəfindən cərəncamla avqustun 2-ni Kino İşçiləri Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.

BAM-dan Qırğızıstanın Bişkek şəhərinədə keçirilən Azərbaycan kino günlərinin və kinofestivallarının təşkilatçısı və iştirakçısı olmuşdur.

Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadəninadı ilə bağlıdır.

Mükafatları

  • "Qızıl qələm" (2000)
  • "Humay" (2001)
  • "Qızıl çıraq" (2003)
  • "Rəsul Rza adına" mükafat (2007)
  • "Həsən bəy Zərdabi" (2008)
  • "Yusif Məmmədəliyev" mükfatı (2008)
  • Cəfər Cabbarlı mükafatı (2010).
  • "Zirvə" (2011)
  • "Prezident təqaüdçüsü" (2012)
  • "Əməkdar İncəsənət Xadimi"(2005)
  • "Əməkdar Mədəniyyət İşçisi"(2000)

Filmoqrafiya

  1. "Atikva" ümid deməkdir (film, 1994)
  2. "Zərgər" (2002)
  3. Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)

Əsərləri

  1. Sənədli filmlərin ssenariləri (1998, müəllif kollektivi)
  2. Kino sənəti məsələləri (1998, müəllif kollektivi)
  3. Azərbaycan kino sənərtində ədəbi əsərlərin təcəssümü (2000, A. Babayevlə birgə)
  4. Kinorejissor Nazim Rza İsrafiloğlu (2001)
  5. Azərbaycan kino tarixi oçerkləri (2001, müəllif kollektivi)
  6. Azərbaycan kinematoqrafçıları (2002, I buraxılış)
  7. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu (2003, I-II cildlər)
  8. Rasim Ocaqov (2003)
  9. Bizim "Azərbaycanfilm" (2004)
  10. Kamil Nəcəfzadə (2005)
  11. Üzeyir Hacıbəyov və kino (2005)
  12. Azərbaycan kinosu və müharibə (2005)
  13. Əbədi ölməzlik zirvəsi (2006)
  14. Heydər Əliyev və kinemotoqraf (2007)
  15. Üzeyir Hacıbəyov və kino. B.: “Mütərcim”, 2009.-112 səh.
  16. Azərbaycan kinematoqrafçıları. - B.: “Tərəqqi” MMC, 2010.- 155 s.
  17. Kinematoqraf Kənan Məmmədov (2010)
  18. Cəfər Cabbarlı və kino( hazırdır, çap üçün vəsait yoxdur)
  19. Xalq artisti Elmira Şabanova (hazırdır, çap üçün vəsait yoxdur)
  20. Azərbaycan kinematoqrafçıları ( III buraxılış)
  21. Azərbaycan kinematoqrafçıları (IV buraxlış)
  22. Azərbaycan kinematoqrafçıları (V buraxlış)
  23. Azərbaycan kinematoqrafçıları (VI buraxlış)
  24. Kinoşünasın qeydləri (hazırdır, çap üçün vəsait yoxdur)
  25. "Azərbaycanfilm"-inin 90 illiyi (monoqrafiya,çap üçün hazırdır,çapa vəsait yoxdur)

Mənbə

  • Mükərrəmoğlu, M. “Azərbaycan filmlərinin kataloqu nəşr ediləcək” //Xalq.- dekabr, 2002.
  • Kazımzadə, A. “Nə qədər ömrüm var, işləyəcəyəm”: [kino tədqiqatçısı Aydın Kazımzadə ilə müsahibə]/müsahibəni apardı Lalə Azəri //Mədəniyyət.- 2014.- 14 yanvar.- S.7.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aydın Kazımzadə is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aydın Kazımzadə
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes