peoplepill id: asiq-oruc
AO
Russia
8 views today
8 views this week
The basics

Quick Facts

Places
Work field
Gender
Male
Place of birth
Lchavan, Vardenis District, Armenian Soviet Socialist Republic, Armenia
Place of death
Zəhmətkənd, Gadabay District, Azerbaijan
Age
56 years
Family
Father:
Asiq Vali
Awards
Honored Art Worker of the Azerbaijan SSR
 
Instruments:
The details (from wikipedia)

Biography

Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi.

Həyatı

Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.

1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur.

1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.

1939-cu ildən müstəqil aşıqlığa başlayıb.

Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.

1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib. Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb.

Aşıq Orucun Aşıq Şahsuvar və Aşıq Nurəddin adında iki şəyirdi olub.

1976-cı ildə Gədəbəy rayonunun Zəhmətkənd kəndində astma xəstəliyindən vəfat etmişdir.

Ailəsi

  • Aşıq Vəlinin oğludur.
  • professor İsmayıl Məmmədlinin atasıdır.

Haqqında yazılan məqalələr

  • G. Məmmədova. Tarlada şənlik, "Təşəbbüs" qəzeti, № 33(81), 9 aprel 1966-cı il, Yevlax.
  • M. Qardaşov. Aşıqlar ansamblı, "Qırmızı bayraq" qəzeti, № 61(619), 27 may 1966-cı il, Zaqatala.
  • Ürəklərə yol tapır, "Tərəqqi" qəzeti, № 58(2647), 20 may 1969-cu il. Gədəbəy.
  • El sənətkarları, "Tərəqqi" qəzeti, № 83(2822), 16 iyul 1970-ci il. Gədəbəy.
  • Əli Əliyev, "El aşığı" məqaləsi, "Tərəqqi" qəzeti, № 103(2994), 31 avqust 1971-ci il. Gədəbəy.
  • Z. Müseyiboğlu, Əməkçilərə hədiyyə, "Tərəqqi" qəzeti, № 35(3384), 21 mart 1974-cü il. Gədəbəy.
  • Məhərrəm Qasımlı, "Ustad", "Ədəbiyyat qəzeti", 22 fevral 1991-ci il,№ 8.
  • Abbas Vəfadağlı. "Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, № 4, 2010-cu il. səh.48–51.
  • Araz Yaquboğlu, "Aşıq Orucun sazlı-sözlü dünyası", "Ozan dünyası" jurnalı, № 4(7), 2011. səh.99–102.

Mənbə

  • Məhərrəm Qasımlı, Aşıq sənəti, Bakı, "Ozan", 1996. səh.136
  • Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh. 40–41
  • Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 3–4, 2001-ci il. səh.140–141.
  • Qara Namazov,"Aşıqlar", Bakı, Səda, 2004. səh.330.
  • Musa Nəbioğlu, "Ozan-aşıq dünyası", Bakı, "Nurlan", 2010, səh.77.
  • Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010. səh.178–179
  • "Ozan dünyası" jurnalı, № 3, 2010-cu il. səh.50–55.

Şəkilləri

İsfəndiyar Rüstəmov və Aşıq Oruc
Rəşid Rüstəmov, Bəşir Cəfərov, İsfəndiyar Rüstəmov və Aşıq Oruc
Şəkildə arxada sağdan birinci Aşıq Oruc.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Asiq Oruc is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Asiq Oruc
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes