peoplepill id: asiq-ahmad-rustamov
AAR
Azerbaijan
1 views today
3 views this week
Asiq Ahmad Rustamov
Azerbaijani musician

Asiq Ahmad Rustamov

The basics

Quick Facts

Intro
Azerbaijani musician
Work field
Gender
Male
Birth
Place of birth
Kurdamir District, Azerbaijan Soviet Socialist Republic, Soviet Union, Azerbaijan
Place of death
Kurdamir, Kurdamir District, Azerbaijan Soviet Socialist Republic, Azerbaijan
Age
88 years
Instruments:
The details (from wikipedia)

Biography

Aşıq Əhməd Rüstəmov (1920, Kürdəmir rayonu12 avqust 2008, Kürdəmir) — Azərbaycan aşığı, "Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi", Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyat və yaradıcılığı

Aşıq Əhməd Rüstəmov 1920-cü ildə Kürdəmir rayonunun Carlı kəndinda doğulub.

Daha balaca uşaqkən anasından bir sıra şerlər öyrənmişdir , öz dili ilə desək anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən Aşıq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində çalıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyirdi. «Seydi və Kərəm» dastanını da mən anamdan öyənmişəm. 1930-cu ildə ibtidai məktəbə qəbul edilib. 1936-cı ildən başlayaraq taxtadan bir saz qondarıb, qonumqonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb oxuyarmış. Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci ildə müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, arxa cəbhəyə qaytarıldım. Gələn gündən bəri Kürdəmir mədəniyyət şöbəsində aşıqlar ansanblına rəhbərlik etmişəm. Çoxlu şagirdim olub.

İlk şeirlər kitabım 1965-ci ildə Azərnəşr»də nəşr olunub – «Sazımın telləri». 1980-ci ildə «Əlləriniz yorulmasın » adlı kitabım «Yazıçı» nəşriyyatında işıq üzü görüb. Çap olunmamış yüzlərlə şeirim, 20-yə yaxın dastanım var. Dağlıq Qarabağ hadisəsindən bəri bütün cəbhə boyu səngərsəngər gəzmişəm. Cəbhədə döyüşənlərə yardımlar eləmişəm. İki nəvəm də, cəbhədədir(Samir və Mehman). Aşıq həm də son əlli ilin canlı mədəniyyət ensiklopediyası olmuşdur. Onun aşıq sənəti ilə bağlı zəngin məlumatları vardır ki, bu da bütövlükdə bu sənətin öyrənilməsi üçün az əhəmiyyət daşımır.

Aşığın ədəbi irsi 2000-dən çox müxtəlif janrlı şeiri və 20-dək dastanı əhatə edir. Yaradıcılıq nümunələrinin bir hissəsi aşıq şeirlərindən ibarət müxtəlif antologiyalarda (o cümlədən 30; 34; 127 və s.) və ayrıca aşığın şeirləri toplanmış «Sazımın telləri» (1965), «Əlləriniz yorulmasın» (1980), «İtən sazım »(1995), «Xoş gəlmisən Kürdəmirə, rəhbərim» (1998), «Dastanlar» (2004) kitablarında nəşr olunmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 3 noyabr 1989-cu il tarixli fərmanı ilə Əhməd Ədil oğlu Rüstəmova xalq yaradıcılığında xidmətlərinə görə «Azərbaycan SSR-in əməkdar Mədəniyyət İşçisi» fəxri adı verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin 14 aprel 1998-ci il tarixli qərarı ilə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. Azərbaycan aşıq sənətinin inkişafında görkəmli rol oynamış Aşıq Əhməd 2008-ci ilin avqust ayının 12-də ömrünün 88-ci ilində Kürdəmir rayonunda vəfat etmiş və rayonunun Fəxri Xiyabanında dəfn olunmuşdur.

Fərhad adında bır oğlu və Əntiqə adında bir qızı 7 nəvəsi (Mehman, Samir, Seymur, Həlimə, Vəfa, Aytən, Rəşad) var.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Asiq Ahmad Rustamov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Asiq Ahmad Rustamov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes