Ashraf Abbasov
Quick Facts
Biography
Əşrəf Cəlal oğlu Abbasov (23 mart 1920 – 8 fevral 1992) — Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq artisti (1990), professor (1968), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953–1957).
Həyatı
Əşrəf Cəlal oğlu1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tarixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi də musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdırantədqiqatçı-alim 1952-ci ildə Moskvada "Üzeyir Hacıbəyov və onun "Koroğlu" operası" mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıqnamizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957-1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti "Qaraca qız"ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün "Konsertino"nun (1948), "Şuşa" (1945), "Gələcək gün" (1952), "Dramatik" (1953) simfonik poemalarının, "Səndən mənə yar olmaz" (1963), "Dağlar qoynunda" (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.
Musiqi sahəsindəki xidmətlərinə görə 1963-ci ildə bəstəkara "Azərbaycanın Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
1968-ci ildə Əşrəf Abbasova professor elmi rütbəsi verilmişdir.
Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir
Mükafatları
- Azərbaycan SSR xalq artisti — 14 iyun 1990
- II dərəcəli "Vətən Müharibəsi" ordeni — 11 mart 1985
- "Şərəf Nişanı" ordeni — 9 iyun 1959