Arzu Zeynalov
Quick Facts
Biography
Arzu Zeynalov (6 mart 1999, Arşalinsk rayonu, Aqmola vilayəti – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Zeynalov Arzu Rövşən oğlu 1999 -cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalinskiy rayonundun Qırmızı Göl kəndində anadan olub. 2005-ci ildə Daşkəsən rayon Mədənçilər qəsəbəsindəki Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Hərbi xidməti
04.04.2017-ci il tarixində Arzu Zeynalov həqiqi hərbi xidmətə yollanmış,2018-ci ilin oktyabr ayında isə hərbi xidmətini bitirmişdir. 2020-ci ilin iyun ayından etibarən MAHHXHQ əsgər kimi yenidən xidmətə başlayıb. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 2020-ci il noyabrın 24-də Daşkəsən rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Arzu Zeynalov ölümündən sonra"Vətən uğrunda" medalı ilə təltif ediliib.
Təltifləri
- (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
- (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)