Arif Mustafayev
Quick Facts
Biography
Arif Məhərrəm oğlu Mustafayev - tanınmış uşaq cərrahı, tibb elmləri doktoru, professor
Həyatı
Arif Mustafayev 1942 ildə anadan olmuşdur.
Arif Mustafayev 1965 ildə Azərbaycan Tibb İnstitutununMüalicə-profilaktika fakultəsini bitirmişdir.
Arif Mustafayev Azərbaycan Tibb İnstitutununPediatriya fakultəsinin dekanı (1986-1990), Bakı şəhərinin baş uşaq cərrahı (1984-1990) işləmişdir. O, 1986 ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının professoru işləmişdir.
Arif Mustafayevin anası Rəhilə xanımMirzə Cavad bəy Qayıbovun nəvəsidir.
Arif Mustafayev fizioloq alim, professor Məhərrəm Mustafayevin oğludur.
Arif Mustafayev 2005 ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
Arif Mustafayevin respublikamızda uşaq cərrahlığının tədqiqində və inkişafında xidmətləri vardır. O, 2 dərs vəsaitinin, 6 monoqrafiyanın, 10 metodik tövsiyənin, 120 çox elmi məqalənin müəllifi olmuşdur. Publisistik kitabların da müəllifidir.
Arif Mustafayev "Cərrahi müdaxilələr zamanı böyrəküstü vəzin funksional vəziyyəti" mövzusunda namizədlik dissertasiyası (1969), "Yanıq şokunun patogenetik əsaslandırılmış müalicəsi" mövzusunda doktorluq dissertasiyası (1985, Moskva) müdafiə etmişdir.
Arif Mustafayev "Səhiyyə əlaçısı" və qızıl medalla təltif olunmuşdur.
Mənbə
- Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri. "Soy" dərgisi, 1 (4), 2005.
- Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
- Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015