peoplepill id: allahverdi-humbatov
AH
Georgia
6 views today
7 views this week
Allahverdi Humbatov
Azerbaijani origin Georgian public figure

Allahverdi Humbatov

The basics

Quick Facts

Intro
Azerbaijani origin Georgian public figure
Places
Work field
Gender
Male
Place of birth
Tbilisi, Georgian Soviet Socialist Republic, Soviet Union, Georgia
Place of death
Marneuli, Marneuli Municipality, Kvemo Kartli, Georgia
Age
63 years
The details (from wikipedia)

Biography

Allahverdi Alı oğlu Hümbətov (6 oktyabr 1944, Tbilisi5 fevral 2008, Marneuli, Kvemo-Kartli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı.

Həyatı

Allahverdi Hümbətov 1944-cü il 6 oktyabrda Tiflisdə anadan olub. 1961-ci ildə Tiflisdəki 72 nömrəli rus orta məktəbini bitirib. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb.

Vəfatı

2008-ci il 5 fevral-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.

Fəaliyyəti

Əmək fəaliyyəti

İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb. Təyinat müddəti başa çatdıqdan Borçalıya qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib. 1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.

Siyasi fəaliyyəti

Ötən əsrin 90-cı illərində Gürcüstanda baş vermiş qeyri-sabitlik dövründə gürcü soyadı daşıyan etnik ermənilərin və etnik svan cinayətkar birləşmələrinin Borçalının bir çox yerlərində təxribatlar törədərək azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmağa çalışdıqları zaman Allahverdi Hümbətov həmin təxribatların qarşısının alınmasında böyük xidmətlər göstərmişdir. İxtişaşların elə ilk günlərindən əsasən Marneuli (Sarvan) şəhəri və ətraf kəndlərdə, kəndlilərdən ibarət xüsusi briqadalar yaratmış, bütün kəndlərin giriş-çıxışına postlar qoydurmuş, soyuq silahlarla (kənd təsərrüfatı alətləri: balta, bel, yaba və s.) silahlanmış əhali təxribatçıları evlərinə qədər qovmuşdur. Daha sonra isə o, öz şəxsi vəsaiti hesabına aldıgı 6 ədəd "Kalaşnikov" avtomatı ilə təchiz edilmiş on iki nəfərdən ibarət xüsusi xalq mühafizə dəstəsi (drujinası) yaratmış, həmin silahları rayon polis şöbəsində qeydiyyatdan keçirtmiş və Xalq drujinasının üzvü olan həmin 12 nəfərlik dəstəyə avtomat silah daşımaq üçün rəsmi icazə almışdı. Hökumət həmin dövrdə təxribatçılarla özü bacara bilmədiyinə və öz vətəndaşlarını həmin təxribatçılardan qorunmaqda aciz olduğuna görəAllahverdi Hümbətovun bu təklif-müraciətlərinə müsbət cavab verməyə məcbur olmuşdu.

Dünya Azərbaycanlılarının I və II Qurultaylarının nümayəndəsi olub.

2004-cü ildə Burcanadze-Demokratlar blokundan Gürcüstan Parlamentinə deputat seçilib.

Xatirəsinin ədəbiləşdirilməsi

Haqqında kitablar

Haqqında "Dostluq körpüsü" adıkitab yazılıb, mətbuatda onlarla məqalə işıqüzü görüb.

Haqqında filmlər

İctimai Televiziyada " Ömür dedikləri bir karvan yolu…"(Ssenari müəllifləri: Qərənfil Xəlilova və Natiq Hümbətov), Gürcüstan TV-də (Art-studiya) "Liderin məsuliyyəti" ( Senari müəllifləri Tengiz Txilava və Natiq Hümbətov. Prodüsser Şahismayıl Şəmmədoğlu) adı ilə yayımlanıb.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Allahverdi Humbatov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Allahverdi Humbatov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes