Aleksandr Marxyevka
Quick Facts
Biography
Aleksandr Marxyevka (azərb. Marxyevka Aleksandr Vitalyeviç) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Həyatı
1958-ci ildə Bakı şəhərində anadan olub. Milliyyətcə yəhudidir. 1980-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Buzovna təcili yardım məntəqəsində həkim işləyirdi. Bir oğlu qalıb. Yanvarın 19-da axşam saat 23:05 dəqiqədə məntəqəyə Turkan şosesinə çağırış verilir. Oraya 2 maşın göndərilir. Birinci maşında sürücü Babayev Almas, həkim Aleksandr, ikinci maşında isə sürücü Qabil Rəhimov, həkim Faiq Məmmədov idi. Maşınlar Türkan şosesinə çatar-çatmaz əsgərlər atəş açmağa başladılar. Hər iki maşın zədələnir. Həkim Marxyevka döş qəfəsindən yaralanır. Şəhidlər xiyabanında dəfn edilib.
Sürücü Babayev Almas gördüklərini belə nəql edir.
Maşınlar atəşə tutulanda mən geri qayıtmaq istədim. Birdən Saşa of, of —deyə qışqırdı. Güllələrin sayıhesabı yox idi. Mən maşını hadisə yerindən uzaqlaşdıra bildim. Təcili yardım məntəqəsinə çatanda artıq Saşa keçinmişdi. |
Ünvan
Ünvanı: Bakı, 14-cü Aşırım küçəsi 11/15, mənzil 61.