peoplepill id: alamdar-mahir
AM
Azerbaijan
7 views today
7 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Nardaran, Sabunchu raion, Baku, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
63 years
The details (from wikipedia)

Biography

Ələmdar Mahir (26 may 1950, Nardaran21 fevral 2014, Bakı) — Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı

Həyatı

Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.

1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir.

Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur.

Kitabları

  • Səadət intizarında — Bakı: 1998
  • Mənim tanıdığım Füzuli — Bakı: Nurlan — 2009
  • Külliyyat (Əsərləri) — Bakı: Nurlan — 2009
  • Söz və musiqi beşiyi — Nardaran — Bakı: Adiloğlu 2009
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Alamdar Mahir

Basics

Introduction

Həyatı

Kitabları

Also Viewed

Lists
Alamdar Mahir is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Alamdar Mahir
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes