peoplepill id: aghaddin-babayev
AB
Azerbaijan
2 views today
2 views this week
Aghaddin Babayev
Azerbaijani journalist

Aghaddin Babayev

The basics

Quick Facts

Intro
Azerbaijani journalist
Gender
Male
Place of birth
Şağlaser, Lankaran District, Azerbaijan
Age
68 years
Education
Azerbaijan State University of Culture and Arts
Azerbaijan
Aghaddin Babayev
The details (from wikipedia)

Biography

Ağaddin Abdulla oğlu Babayev (15 mart 1956, Şağlaser, Lənkəran rayonu) — jurnalist, yazıçı, publisist, tərcüməçi, dramaturq, teatrşünas, şair, 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1990-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü.

Həyatı

Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974–1976-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda "Qırmızı Ulduz" İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri, "Lənkəran" qəzeti redaksiyasında müxbir və şöbə müdiri, "Bakinski raboçi" qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb.

A. Babayev həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.

Hazırda o, əmək fəaıiyyətini Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri və "Lənkəran" qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirir.

A. Babayev 50 ildən çoxdur ki, bədii yaradıcılıqla məşğuldur. Hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. İki kitab müəllifidir. Bir sıra məqalə müsabiqələrinin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yazı müsabiqələrinin qalibi olub.

"Qızıl qələm" media mükafatı laureatıdır.

Kitabları

  • 1."Мои собеседники" (сборник публицистических статей), Баку, издательство "Ганун", 2002
  • 2."От нашего корреспондента" (сборник публицистических статей), Баку, издательство "Ганун", 2009
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Aghaddin Babayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Aghaddin Babayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes