peoplepill id: adile-sahtaxtinskaya
Georgia
7 views today
12 views this week
Adilə Şahtaxtinskaya

Adilə Şahtaxtinskaya

The basics

Quick Facts

Places
Work field
Gender
Female
Place of birth
Tbilisi, Georgian Soviet Socialist Republic, Soviet Union, Georgia
Place of death
Tbilisi, Georgian Soviet Socialist Republic, Soviet Union, Georgia
Age
56 years
The details (from wikipedia)

Biography

Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis — 30 mart 1951, yenə orda) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın.

Həyatı

Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.

Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Adilə Şahtaxtinskaya is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Adilə Şahtaxtinskaya
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes