peoplepill id: yahya-sheyda
YS
Iran
1 views today
1 views this week
Yahya Sheyda
Iranian poet and writer

Yahya Sheyda

The basics

Quick Facts

Intro
Iranian poet and writer
From
Work field
Gender
Male
Birth
1924, Tabriz
Death
2011 (aged 87 years)
Age
87 years
The details (from wikipedia)

Biography

Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan “Yüzbaşı” ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948-51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.

Şeyda türkcə və farsca şeirlər yazmışdır. Türkdilli poeziyasının 22 min beytdən ibarət olduğu bildirilir. Onlarca kitabın müəllifi və tərtibçisidir. Ayrı-ayrı şeir kitablarından başqa, romanları və ədəbiyyata dair araşdırmaları çap olunmuşdur. O, bir neçə azərbaycanlı şairin (Qəmzədə Marağayinin, Möcüz Şəbüstərinin, Molla Vəli Vidadinin, Məhəmməd Füzulinin, Əkbər Cavadinin, Saib Təbrizinin) divanını nəşr etdirmişdir. Yəhya Şeyda 2011-ci il oktyabrın 21-də Təbrizdə vəfat etmişdir.

Yaradıcılığı

Yəhya Şeyda klassik ədəbi irsi və ədəbi-nəzəri bilikləri, eləcə də fars, ərəb və alman dillərini mütaliə yolu ilə dərindən öyrənmişdir. Onun şeirləri, ədəbi-tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap olunmuşdur.

Həmçinin şerləri 1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunan "Vətən yolunda" qəzetində dərc olunmuşdur.

Təbrizdə dərc edilən "Məhd-e azadi" ("Azadlıq beşiyi") qəzeti redaksiyasında şöbə müdiri və Azərbaycan dilində buraxılan səhifələrin redaktoru idi.

Əsərlərini Azərbaycan və fars dillərində yazıb-yaradır. "Odlar vətəni", Mirzə Əli Möcüzün "Əsərləri", "Odlu sözlər", "Sijimqulu", Məhəmmədhüseyn Şəhriyarın "Divan"ı, "Biriyanın ürək sözü", "Ədəbiyyat ocağı" və s. kitabları tərtib və nəşr etdirmişdir. Onun "Ədəbiyyat ocağı" təzkirəsi 3 cilddən ibarətdir və İranın, xüsusən də Cənubi Azərbaycanın türkcə yazan müasir şairlərinə həsr edilmişdir. "Ədəbiyyat ocağı"nın I cildi 1985, II cildi 1987, III cildi isə 2002-ci ildə Təbrizdə işıq üzü görmüşdür. Fars dilində əsərləri də Tehranda kütləvi tirajla buraxılmışdır.

Şeirlərindən nümunə

Bütün həyatı və fəaliyyəti dövründə ürəyi Azərbaycan eşqi ilə çırpınan şairin yaradıcılığına vətən və millət sevgisi hakim kəsilmişdir. Şairin gənc yaşlarında yazdığı “Azərbaycanım” şeiri buna gözəl bir örnəkdir:
Ey sevgili yurdum, yaşayır səndə min amal,

Sənsiz aça bilməz bu xəyalım quşu heç bal.

Ey şanlı vətən, şairi bu gənc çağında,

Sən saxlamısan isti məhəbbət qucağında.

Mən fəxr edirəm sənlə ki, doğma vətənimsən,

Bağım, çiçəyim, laləli gülgün çəmənimsən.

Sənsiz yaşamaq xeyli müsibətdi cahanda,

Sən saxlamısan canımı eşqinlə amanda.

Eşqin mənə aləmdə böyük şanu-cəlaldır,

Sənsiz işim hər yanda bütün ahu-məlaldır.

Şeyda sənin eşqinlə belə tazə cavandır,

Fəxr ilə deyir: “Torpağım Azərbaycandır!”

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yahya Sheyda is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Yahya Sheyda
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes