peoplepill id: vadim-xubanov
VX
1 views today
1 views this week
Vadim Xubanov
econoom

Vadim Xubanov

The basics

Quick Facts

Intro
econoom
Work field
Gender
Male
Birth
1963, Moscow
Age
61 years
The details (from wikipedia)

Biography

Xubanov Vadim Ələddin oğlu — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.

Həyatı

Vadim Xubanov 1963–cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-ci ilin dekabr ayında üçüncü dəfə, 2012-cı ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.

Ailəsi

Ailəlidir, 2 övladı var.

The contents of this page are sourced from Wikipedia article on 06 Sep 2019. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Vadim Xubanov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Vadim Xubanov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes