peoplepill id: tofiq-haciyev
TH
Russia Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Gender
Male
Place of birth
Soltanlı, Jabrayil District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
79 years
Education
Baku State University,
(-1958)
Awards
Shohrat Order
 
Honored Scientist of Azerbaijan
(1999)
The details (from wikipedia)

Biography

Tofiq İsmayıl oğlu Hacıyev ( d. 1 may, 1936, Soltanlı, Cəbrayıl rayonu, Azərbaycan SSR – ö. 27 noyabr 2015, Bakı, Azərbaycan) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014), Azərbaycan Respublikasının maarif naziri (1993).

Həyatı

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında "Azərbaycan dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik, 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə“Şöhrət” ordeni ilə təltif edilmişdir.

27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Elmi fəaliyyəti

Tofiq Hacıyevin "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb. "Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun "Sabir: qaynaqlar və sələflər" (1980), "Şeirimiz, nəsrimiz, ədəbi dilimiz" (1990), "Dədə Qorqud: dilimiz, düşüncəmiz" (1999) kitabları işıq üzü görüb.

"Azərbaycan sovet ədəbiyyatı" (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda "Azərbaycan ədəbi dili tarixi" (2-ci hissə, 1987) dərsliyinin, "Azərbaycan ədəbi dili tarixi" (1976), "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi" (1977), "Azərbaycan dili tarixi" (1983, Kamil Vəliyevlə birgə), "Azərbaycan dili" (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.

Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, "Satira dili" (1975), "Yazıçı dili və ideya-bədii təhlil" (1979), "Molla Nəsrəddin"in dili və üslubu" (1983), "Füzuli: dil sənətkarlığı" (1994) kitabları çap olunub. Orta məktəblər üçün "Türk dili" (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), "Türk dili" (X-XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib. O, mərhum professor Hadı Mirzəzadənin "Tarixi Qrammatika" dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan "Zərf" və "Ədat" bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.

Onun elmi yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri "Dədə Qorqud" seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun "Elmi əsərləri"nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun "Dədə Qorqud"la bağlı gələcək axtarışlarında ilk addımı idi. "Azərbaycan ədəbi dili tarixi" (1976) kitabında "Kitabi-Dədə Qorqud"dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.

Əsas əsərləri və tərcümələri

  • 1975, Satira dili. B.: ADU nəşri, 178 s
  • 1976, Azərbaycan ədəbi dili tarixi. B.: ADU nəşri, 155 s
  • 1977, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. B.: Maarif, 188 s
  • 1979, Yazıçı dili və ideya-bədii təhlil. B.: Maarif, 130 s
  • 1980, Sabir: qaynaqlar və sələflər. B.: Yazıçı, 175 s
  • 1983, Azərbaycan dili tarixi. B.: Maarif, 188 s. (K.Vəliyevlə şərikli)
  • 1983, «Molla Nəsrəddin»in dili və üslubu. B.: Yazıçı, 267 s
  • 1987, Azərbaycan ədəbi dili tarixi, 2-ci hissə. B.: Maarif, 293 s
  • 1990, Şe’rimiz, nəsrimiz, ədəbi dilimiz. B., 360 s
  • 1992, Azərbaycan dili. B.: Elm, 199 s. (Z.Budaqova ilə şərikli)
  • 1994, Füzuli: dil sənətkarlığı. B.: Gənclik, 70 s
  • 1997, Murad Adci. Qıpçaq çölünün yovşanı. B, 194 s
  • 1999, Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı, Yeni nəşrlər evi, 213 s
  • 2002, B.A.Serebrennikov və N.Z.Hacıyevanın «Türk dillərinin müqayisəli tarixi qrammatikası» kitabının tərcüməsi. Bakı, 380 s
  • 2004, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), I cild, Bakı: Elm, (şərikli)
  • 2005, Azərbaycan dili. 10 sinif dərsliyi. 143 s. (şərikli)
  • 2005, Azərbaycan dili. 11 sinif dərsliyi. 162 s. (şərikli)
  • 2005, Mikayıl Baştunun «Şan qızı dastanı» və poetikası. Bakı: Təhsil, 310 s
  • 2005, M.Adcı. Türklər və dünya: gizli tarix (Ruscadan tərcümə, 250 s. Bakı,
  • 2007, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), II cild, Bakı: Elm, (şərikli)
  • 2008, Seyid Əhməd Cəmaləddin ibn Mühənna. Hilyətül-insan və həlbətül-lisan. Bakı, 143 s.
  • 2012, Azərbaycan ədəbi dilinin tarixi. İki cilddə. Bakı. "Elm", 2012.
The contents of this page are sourced from Wikipedia article on 05 Aug 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Tofiq Hacıyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Tofiq Hacıyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes