peoplepill id: sona-hajiyeva
SH
Russia Azerbaijan
1 views today
1 views this week
Sona Hajiyeva
Azerbaijani actress

Sona Hajiyeva

The basics

Quick Facts

Intro
Azerbaijani actress
Gender
Female
Place of birth
Shaki, Azerbaijan
Place of death
Baku, Russian Empire
Age
72 years
Family
Mother:
Aziza Mammadova
The details (from wikipedia)

Biography

Sona Salman qızı Hacıyeva (25 iyun 1907(1907-06-25), Nuxa, Yelizavetpol quberniyası4 dekabr 1979(1979-12-04), Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1949).

Həyatı

Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Əbdülbağı Zülalov saxlamalı olub. Vaxtilə Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağının da həyat yolu müxtəlif şəhərlərdən keçib. Gah Tiflisdə yaşayıb, gah Aşqabada köçüb, sonra isə Bakıya gəlib. Beləliklə, 1919-cu ildən Bakıda yaşayan Sona Hacıyevanın anası Əzizə Məmmədova elə o vaxtdan taleyini teatra bağlayıb. Ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. S.M.Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub.

Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.

1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-Cadu" əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb. Bu elə bir dövr idi ki, Sona Hacıyeva Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalmışdı. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona Hacıyevanın aktrisalıq məharətini və səsini o qədər bəyənmişdi ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm maraqla qarşılanırdı. Məşqlər ağır və uzun çəkdiyindən Sona Hacıyeva yazırdı: "Müslüm Maqomayev məni o qədər oxutdu ki, bir müddət səsim tamam tutuldu".

Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayırdılar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışırdılar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin. Amma o dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirmişdi. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradırdı və yaxud komik surətə çevrilirdi.

Sona Hacıyeva səhnə fəaliyyəti boyu müxtəlif qadağalara, maneələrə, təzyiqlərə, təqiblərə məruz qalmışdır. Çünki o cəhalət və nadanlıqla dolu aləmin iflasla nəticələnəcəyini öz yaradıcılığı, oynadığı rolların monoloqları ilə dilə gətirirdi. Onun yaratdığı obrazlar Azərbaycan qadınının ağır taleyini, düşdüyü əzabları güclü və emosional bir şəkildə tamaşaçılara çatdırırdı.

Sona Hacıyeva 1920-ci ildən ömrünün sonuna (1979) kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman, İslam Səfərli kimi dramaturqların əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəfmüqabil olmuşdu. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeylərlə nəinki bir səhnədə, həm də eyni tamaşada məharətli oyun nümayiş etdirmək çətinliyi qədər də şərəfli idi. Rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.

İkinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı əsgərlərin yanında olan Sona Hacıyeva məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırardı. Tamaşadan-tamaşaya Sona Hacıyevanın yeni yaradıcılıq imkanları üzə çıxardı. Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafında öz töhfəsini vermişdi. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun", "Səhər" filmlərinə çəkilən Sona Hacıyeva milli Azərbaycan kinosunun tarixində də böyük xidmətlərin sahibidir. Onun bu əməyi hələ o dövrdə "Şərəf nişanı" ordeni və başqa medallarla təltif edilmişdir.

Xatirəsi

2017-ci ildə Şəkidə aktrisanın 110 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kərbəlayı
Əli Zülalov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gülüş
xanım
 
 
 
Əbdül
Zülalov
 
 
 
 
 
ƏbdülbağıZülalov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏliZülalov
 
 
 
QəmbərZülalov
 
 
 
 
 
ƏzizəMəmmədova
 
Salman
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Solmaz
Zülalova
 
Zemfira
Zülalova
 
Elmira
Zülalova
 
 
 
RüstəmZülalov
 
 
 
 
 
 
 
Sona
Hacıyeva

Filmoqrafiya

  1. Bəxtiyar (film, 1955)-Zəhra
  2. Bismillah (film, 1925)
  3. Əmək və qızılgül (film, 1962)-qarderobçu
  4. Qızmar günəş altında (film, 1957)
  5. Min birinci söz (film, 1997)
  6. O olmasın, bu olsun (film, 1956)
  7. Prima (film, 1992)
  8. Səhər (film, 1960)-Aslanın anası
  9. Sən niyə susursan? (film, 1966)-Səlminaz
  10. Telefonçu qız (film, 1962)-Mehribanın nənəsi
The contents of this page are sourced from Wikipedia article on 06 Jan 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sona Hajiyeva is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Sona Hajiyeva
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes