peoplepill id: saleh-qocayev
SQ
Azerbaijan
1 views today
2 views this week
The basics

Quick Facts

Gender
Male
Star sign
VirgoVirgo
Birth
12 September 1899, Qakh, Azerbaijan
Death
1984, Baku, Russian Empire (aged 84 years)
Age
84 years
The details (from wikipedia)

Biography

Qocayev Saleh Balay oğlu (12 sentyabr 1899(1899-09-12), Qax, Zaqatala dairəsi1984, Bakı) — Azərbaycanlı ixtiraçı alim; texnika elmləri namizədi (1949); Azərbaycan SSR Ali Sovetinin (1-4-cü çağırış) deputatı; Zaqafqaziya Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin 1-ci müavini; Neft İnstitutunun rektoru (1941-1960).

Həyatı

Saleh Qocayev 1899-cu ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. O, Azərbaycanda Gənclər İttifaqının təşkilatçılarından olmuş, 1918-ci ildə Balakən rayon Gənclər İttifaqı sədrinin müavini, 1920-ci ildə Zaqatala İnqilab Komitəsinin sədri vəzifələrində çalışmışdır.

1925-ci ildə Bakıda fəhlə fakültəsini bitirərək Neft İnstitutunun Texnologiya fakültəsinə daxil olmuş, eyni zamanda S.Bud­yonnı adına zavodda çilingər işləmişdir. Bir müddətdən sonra partiya səfərbərliyi xətti ilə rayonlara göndərilmiş, yalnız 1928-ci ildən dərslərə davam edərək 1932-ci ildə maşınqayırma şöbəsi üzrə mühəndis diplomu almışdır.

Təhsilini bitirdikdən sonra o, yenidən partiya-təsərrüfat fəaliyyətinə cəlb olunmuş, Ağır Sənaye Xalq Komissarlığının nümayəndəsi, Leytenant Şmidt adına zavodun yığma sexinin mühəndisi, Şamxor (Şəmkir) rayon Partiya Komitəsinin birinci katibi, Zaqatala rayon Partiya Komitəsinin birinci katibi, Kirov Rayon Partiya Komitəsinin birinci katibi, "Kirovneft", "Azərneftemaş" trestlərinin müdiri, Azərbaycan SSR Avtomobil Nəqliyyatı Naziri, "Azərneft­kom­binat"ın rəisi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifələrində çalışmışdır.

1941-1960-cı illərdə Neft İnstitutunun rektoru olmuş, buna baxmayaraq istehsalatla əlaqəsini kəsməmiş, bir sıra ixtiralar (səkkizsürətli aqreqat, qazma bucurqadı və s.) etmiş, onun işləmələri Respublikada maşın­qayır­manın inkişafının istiqamətini müəyyən etmişdir.

Saleh Qocayev 1949-cu ildə texnika elmləri namizədi elmi dərəcəsini almışdır. O, dəfələrlə Azərbaycan K(b)P MK-nın, Azərbaycan MİK-nin, Zaqafqaziya MİK-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin (1-4-cü çağırış) deputatı seçilmişdir.

İxtiraları

  • "SBQ-8" qazma aqreqatı.
  • "82 MM" avtomatik minomyotu

Mükafatları

  • "Qırmızı Bayraq" ordeni;
  • 4 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni;
  • "Qırmızı Ulduz" ordeni;
  • və medallarla təltif olunmuşdur.

Barəsində

  • Mehdi Hüseyn 1959-cu ildə Saleh Qocayev şəxsiyyətinə həsr etdiyi "Qabar" hekayəsində onun həyatını "Yüksək əyarlı ömür yolu" adlandırmışdı.
  • Mahmud Qocayev "Dərin zəka, dönməz əqidə" kitabını Saleh Qocayevin şərəfli ömür yoluna həsr etmişdir.

Mənbə

  • Görkəmli ixtiraçı alim. "Respublika" qəzeti, 15 mart 2012, № 60, səhifə 11.
The contents of this page are sourced from Wikipedia article on 25 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Saleh Qocayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Saleh Qocayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes