peoplepill id: sakit-mammadov
SM
Azerbaijan
1 views today
1 views this week
Sakit Mammadov
Azerbaijani artist

Sakit Mammadov

The basics

Quick Facts

Intro
Azerbaijani artist
Work field
Gender
Male
Age
65 years
Sakit Mammadov
The details (from wikipedia)

Biography

Sakit Məmmədov - Azərbaycan Respublikasının Əməkdar Rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü,akademik.

Həyatı

Sakit Məmmədov 1958-ci il Avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur.1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978-1980 ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakultəsinə daxil olmuş ,1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir.Sakit Məmmədov 30 ildən çoxdur ki bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında,qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur.O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. Rus , və Türk dillərini bilir. Ailəlidir, 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov,Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.

Fəaliyyəti

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sakit Məmmədovun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır. Sənətkar o zaman xoşbəxtdir ki, onun yaradıcılığı elə sağlığındaca layiqli qiymətini alır.Xoşbəxtliyi arzulamaq yox əldə etmək lazımdır. Bu mənada Sakit Məmmədovun sənətinə qibtə etmək olar. Sual oluna bilər, rəssamın sənətkarlığını sənətsevərlər tərəfindən bu qədər sevilməsinin səbəbi nədədir? Əvvəla, qeyd edək ki, ümumiyyətlə, yaradıcı insanlar onun sənətini tanıyanlar tərəfindən müxtəlif cür qəbul olunur.Təsadüfi deyil ki, «Alın yazısını bəzən alın təriylə yumaq olar. Çünki Allah alın tərini, zəhməti qiymətləndirəndi» fikri də məhz Sakit Məmmədova aiddir. «Əsl sənətkar kompozisiyanı öncə ağ-qara ləkələrlə, sonra isə rənglərlə görməlidir» - deyən rəngkarın «Xatirə şəkli», «Oyun», «Məşq», «Falabaxanlar», «Ad günü», «Leninqrad xatirələri», «Yaşasın İstanbul», «Bayram», «Toy», «Metro», «13 nömrəli avtobus», «Həvəskar» və s. əsərlərinə baxanda tablolarda ləkələri necə ustalıqla əks olunduğunu bir daha görürük. Sakit Məmmədovun yaradıcılığına bələd olanlar bilirlər ki, o, çox zaman qəhrəmanların libaslarını da öz fantaziyası ilə «geyindirir». Bu rəsmdəki geyimlərdə isə bizə tanış olan dəbi görürük. Qeyd edək ki, rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə əsərlərdə rəssam sanki öz dünyasının zamanını göstərmək istəyir.Sakit Məmmədov müsahibələrin birində: «İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…».-demişdir. Böyük müşahidə qabiliyyətinə malik olan rəssam tematik əsərlərində təsvir etdiyi hadisədə obrazların fikirlərini göstərməsə belə, onların nə haqda düşündükləri aydın sezilir. Məsələn, «Adəm və Həvva» əsərində paklıq, saflıq bəşəriyyətin ilk insanlarının çöhrəsində yüksək peşəkarlıqla elə təcəssüm olunub ki, buna diqqət yetirən tamaşaçının sevincdən yaranan təbəssümünü görməmək qeyri-mümkündür. Ümumiyyətlə, az insan tapılar ki, «Adəm və Həvva» mövzusu onun maraq dairəsində olmasın və yaxud da bu barədə müzakirə aparmasın. Yaradıcı insanlar isə şifahi diskussiyalardan fərqli olaraq, mövzuya dair fikirlərini öz sənətləri ilə ifadə edirlər. Bu sujet xətti hər rəssamın əsərində demək olar eyni ilə təcəssüm olunur. Lakin Sakit Məmmmədovun «Adəm və Həvva»sına baxanda onun bu mövzuya tamamilə fərqli yanaşdığı aydın sezilir. Rəssam əsərdə yer üzünün ilk sakinlərini şeytansız, yarpaqsız, ağacsız göstərməklə mövzunu ənənəvilikdən çıxarıb ona öz fikri ilə yeni məna «geyindirib». Əsər haqqında rəssamın özünün düşüncələrini təqdim etsək, düşünürük ki, mövzuya bir qədər işıq saçmış olarıq: «Mən Adəm və Həvvanı daha gənc, dünyadan bixəbər, məsum obrazlar kimi, ilk məhəbbət kimi təsvir etmək istəmişəm. Hətta fikir vermisinizsə orada Adəm və Həvvanı göbəksiz təsvir etmişəm, bu da o deməkdir ki, onlar başqa insanlar kimi doğulmayıblar. Yaxud deyirlər ki, hər insanın göydə öz ulduzu olur, tabloda da göy təsvir olunub və mən iki ulduz çəkməklə həmin fikri ifadə etmək istəmişəm. ».Həvva mövzusunda çəkdiyi əsərlərində onların isti rənglərin imkanlarından daha geniş istifadə etdiklərini görürük. Əlbəttə, isti rəng təsvir edilən hadisənin daha real, inandırıcı görünməsi üçün vacib faktordur. Əsərə diqqət yetirdikdə, görürük ki, rəssam onları tam da olmasa, qismən torpaq rəngində təsvir etməyə çalışıb. Bu da ondan irəli gəlir ki, sənətkar insanın torpaqdan yaranması anlayışını məhz ilk insanların təsvirində vermək istəyib. .

Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, «Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir»- demişdir. Sənət haqqında Sakit Məmmədovun dediklərindən: «Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır.Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur. Sakit Məmmədovun "Günaydın" əsəri Tumblr sosial şəbəkəsində günün fotosu seçilmişdir. [1]

Opalizm

Opalizm [2] akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki, insanların zövgünü oxşamaqdadır.Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Bununla sənətkar sübut eyməyə çalışıb ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib.Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni, opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətini hiss etmək olar.Sevindirici haldır ki, Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. Şübhə yoxdur ki, sənətkarın yaratdığı bu üslub gələcəkdə yetirmələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayıb yaradan yüzlərlə, minlərlə rəssamın yaradıcılığı tərəfindən də davam etdiriləcək.

Sərgiləri

1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə,Rusiyada,Belorusiyada,İsveçdə, Ukraynada,Almaniyada,Fransada,Avstriyada,İtaliyada,Belçikada,Misirdə,Çində,Avstraliyada,İngiltərədə,Şotlandiyada,Gürcüstanda, Tatarıstan respubilkasında,Sinqapurda,Portuqaliyada sərgiləri keçirilmişdir.

Sərgilərin xronoloji ardıcıllığı

  • 1989-cu ildə Minsk şəhərində Gənclər sərgisi Belorusiya
  • 1991-ci ildə Ərzurum şəhərində azərbaycanlı rəssamların sərgisi Türkiyə
  • 1993-cü ildə Krakov şəhərində sərgi Polşa
  • 1994-cü ildə İstanbul şəhərində Art Fayr beynəlxalq sərgisi Türkiyə

Art Fair sərgisinin kataloqu

  • 1994-cü ildə İstanbul şəhərində fərdi sərgi,Türkiyə
  • 1995-ci ildə İstanbul şəhərində Taksimdə sərgi,Türkiyə
  • 1996-cı ildə Moskva şəhərində sərgi,Rusiya
  • 1996-cı ildə İstanbul şəhərində "Kış Müzayedesi" sərgisi Türkiyə
  • 1997-ci ildə Stokholm şəhərində fərdi sərgi İsveç
  • 1998-ci ildə Kiyev şəhərində azərbaycanlı rəssamların sərgisi Ukrayna
  • 1999-cu ildə Berlin şəhərində azərbaycanlı rəssamların sərgisi Almaniya
  • 2000-ci ildə Sidney şəhərində Olimpiadaya həsr olunmuş sərgi Avstraliya

Olimpiadaya həsr olunmuş sərgidə sərgilənən Sakit Məmmədovun "Aktrisa" əsəri

  • 2001-ci ildə Strasburq şəhərində Avropa Şurasının Binasında azərbaycanlı rəssamların sərgisi Fransa

Strazburqda sərgi

  • 2001-ci ildə Brüssel şəhərində Kunstbeurs sərgisi Belçika

Belçikadakı sərginin kataloqu İtalyan rəssamları ilə birlikdə Sakit Məmmədovun sərgisi

  • 2002-ci ildə Bakı şəhərində fərdi sərgi,Azərbaycan.
  • 2002-ci ildə Moskva şəhərində "Na Salyanke" sərgi salonunda fərdi sərgi, Rusiya.

Na Salyanke sərgi salonunda keçirilən sərginin kataloqunun üz qabığı Salyanka Sərgisi 2002-ci il

  • 2004-cü ildə Paris şəhərində Fransa Senatının muzeyində 20 azərbaycanlı rəssamın sərgi Fransa

Parisdə keçirilən sərginin üz qabığı

  • 2004-cü ildə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş sərgi, Azərbaycan
  • 2005ci ildə Seul şəhərində Beynəlxalq Ətraf Mühitin qorunmasına həsr olunmuş sərgisi Cənubi Koreya

Beynəlxalq Ətraf Mühit Sərgisinin kataloqu

  • 2005-ci ildə Bakı şəhərində "Italiya Azərbaycanlı Rəssamların Gözü İlə" sərgisi Azərbaycan
  • 2007-cı ildə Sinqapurda Opera qalereyasında tanınmış rəssamların sərgisi,İştirak edən rəssamlar:Mark Şaqal,Yuri Qarbaçov,Yuri Kuper,Sakit Məmmədov

Sinqapurda sərgi Sərginin Afişası

  • 2007-ci ildə İstanbul şəhərində "Akdenizlilik ve Gurbet" sərgisi Türkiyə
  • 2009-cu ildə Seul şəhərində keçirilən IV Beynəlxalq İpək yolu sərgisi Cənubi Koreya

4cü İpək yolu sərgisi kataloqu Sakit Məmmədovun əsəri İpək yolu sərgisinin kataloqunda

  • 2009-ci ildə Londonda Sothbey's sərgi salonunda keçirilən "Buta Festival"-ın təşkil etdiyi azərbaycanlı rəssamların sərgisi,Böyük Britaniya

Sothbey s salonunda sərgi

  • 2009-cu ildə Brüssel şəhərində Avropa Parlamentinin binasında fərdi sərgi Belçika

Avropa Parlamentində keçirilən sərgidən foto Avropa Parlamentində sərgidən foto

  • 2010-cu ildə Bakı şəhərində "Gallery 1969" sərgi salonunda fərdi sərgi, Azərbaycan, "Vətən Övladı" ordeni və "Dədə Qorqud" mükafatı ilə təltif olunub

1969 Sərgi salonunda Sakit Məmmədovun Sərgisi Dədə Qorqud ordeni verilərkən

  • 2011-cu ildə Qəbələ şəhərində I Beynəlxalq İncəsənət Sərgisi Azərbaycan
  • 2011-cu ildə Moskva şəhərində "Manej" qalereyasında beynəlxalq "Vera" festivalı çərçivəsində "Müasirlik və Ənənələr" sərgisi Rusiya

Moskva Vera sərgisi 2011-ci il

  • 2011-ci ildə Qəbələ şəhərində II Beynəlxalq İncəsənət Sərgisi Azərbaycan
  • 2013-cü ildə Qəbələ şəhərində III Beynəlxalq Qəbələ İncəsənət Festivalının qalibi Azərbaycan

Qəbələdə keçirilən sərginin kataloqunda Sakit Məmmədovun əsərləri

  • 2013-cü ildə Bakı şəhərində Heydər Əliyev Mərkəzində fərdi sərgi,UNESCO Rəssamlar birliyinin diplomu Azərbaycan
  • 2014-cü ildə Şanxay şəhərində "Sülh adına" keçirilən beynəlxalq sərgi Çin

Çində Keçirilən sülh adına sərginin kataloqu Şanxayda Sülh Naminə beynəlxalq sərgi

  • 2014-cü ildə Lissabon şəhərində "Vera" beynəlxalq incəsənət festivalının qalibi,I yer Portuqaliya
  • 2015-ci ildə Bakı şəhərində Dünya Rəssamlıq Akademiyasının təşkil etdiyi sərgi,Dünya Rəssamlıq Akademiyasının həqiqi üzve və akademiyanın medalı ilə təltif edilmişdir. Azərbaycan

Dünya Rəssamlıq Akademiyasının sərgisi Bakı.JPG

  • 2015-ci ildə Paris şəhərində Luvr muzeyində Carusel de Louvre sərgisi , ATEA Cəngavərlər İttifaqının "Böyük Qızıl Ulduzu" Fransa

Sakit Məmmədov Luvr muzeyində keçirilən sərgidə tələbələri ilə birlikdə Diləfruz Məmmədova Nizar Məmmədov Sakit Məmmədov Aynur Məmmədova Nihad Ağazadə Kazımov Aqşin Luvr Muzeyində keçirilən sərginin kataloqu

Mükafatları

  • Flag of Azerbaijan.svg Azərbaycanın əməkdar rəssamı
  • Flag of Malta.svg Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı.
  • Flag of Russia.svg Min İlin Adamı Azərbaycanlı rəssam .
  • Flag of Azerbaijan.svg Vətən Övladı ordeni
  • Flag of Turkey.svg Dolmabahçe sarayının muzeyində keçirilən sərginin qalibi
  • Flag of Germany.svg Böyük Cəngavər Qızıl Ulduzu
  • Flag of Azerbaijan.svg Dədə Qorqrud mükafatı laureatı
  • Flag of Russia.svg Rusiya İmperator Rəssamlıq akademiyasının akademiki və medalı
  • Flag of Germany.svg Avropa Təbii Elmlər akademiyasının akademiki
  • Flag of Russia.svg Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü
  • Flag of Germany.svg ATEA nın fəxri professoru
  • Flag of Malta.svg Beynəlxalq Cənngavərlər İttifaqının Senator Ulduzu
  • Flag of Russia.svg Xidmətlərə görə İmperator I Aleksandr ordeni
  • Flag of Italy.svg Leanardo Da Vinci Medalı
  • Flag of Germany.svg Almaniya Akademiyasının professoru
  • Flag of Austria.svg Mozart Medalı
  • Flag of Russia.svg Dünya Rəssamlıq Akademiyasının medalı
  • Flag of Germany.svg Avropanın Şərəf ordeni
  • Flag of Russia.svg Vera Mükafatı 2010
  • Flag of Italy.svg İtalyanın qızıl medalı
  • Flag of Germany.svg Dostluq Ordeni
  • Flag of Russia.svg Rusiya İmperator Rəssamlıq Akademiyasının medalı
  • Flag of Portugal.svg Vera mükafatı 2014
  • Flag of France.svg Böyük Qızıl ulduz
  • Flag of the People's Republic of China.svg Beynəlxalq "Sülh adına" sərgisinin mükafatçısı
  • Flag of Azerbaijan.svg III Beynəlxalq Qəbələ İncəsənət festivalının qalibi
Sakit Məmmədov Vera Mükafatı ilə
Sakit Məmmədov Min İlliyin Adamı mükafatı və medalı ilə

Dünyada məhşur əsərləri

Sakit Məmmədovun "Klounlar" əsəri 2012-ci il kətan,yağlı boya,70x110 sm
Sakit Məmmədovun "Səhnə arxası"əsəri 2013,kətan,yağlı boya,150x100sm
Sakit Məmmədovun "Mən də ordayam" əsəri,kətan,yağlı boya,140x70sm
Sakit Məmmədovun "Falabaxanlar" əsəri,2000,kətan,yağlı boya,30x55sm

Sakit Məmmədovun kataloqları

Sakit Məmmədovun 2002ci ildə nəşr olunmuş kataloqu

Sakit Məmmədovun ev muzeyi

Vikianbarda Sakit Məmmədov (rəssam) ilə əlaqəli mediafayllar var.

Sakit Məmmədovun ev muzeyində 170-dən çox əsər nümayiş olunur.Dünyanın tanınmış şəxsiyyətləri həmin muzeydə dəfələrlə olub,şəkillərə böyük qiymət veriblər.Burada həmçinin məşhur müğənni Rilayanın "Saf" adlı mahnısına klip çəkilmişdir.

Giriş Hissə Sakit Məmmədovun ev muzeyindəki Antik qablarla qırmızı güşə Yatmış Mələk Sakit Məmmədovun ev muzeyində SAkit Məmmədovun ev muzeyi,xolun sol hissəsi Sakit Məmmədovun ev muzeyinin birinci qonaq otağı Qırmızı otağ Qırmızı zal ümumi görünüş

İstinadlar

Xarici keçidlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sakit Mammadov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Sakit Mammadov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes