peoplepill id: sabir-yaqubov
SY
Azerbaijan
3 views today
6 views this week
The basics

Quick Facts

Place of birth
Qubadlı, Azerbaijan
Place of death
Baku, Russian Empire
Age
70 years
The details (from wikipedia)

Biography

Sabir Yaqubov (Yaqubov Sabir Ağakişi oğlu; d. 1 oktyabr 1948, Qubadlı, Azərbaycan SSR, SSRİ — ö. 18 yanvar 2019, Bakı, Azərbaycan) — Yevlax şəhər Partiya Komitəsinin birinci katibi, "Qızıl Qələm" mükafatçısı, Respublika Jurnalistlər Birliyinin üzvü.

Həyatı

Sabir Yaqubov 1 oktyabr 1948-ci ildə Qubadlı rayonunda anadan olub. 1962-1966-cı illərdə Şuşa Pedaqoji Texnikumunda, 1967-1973-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, 1976-1978-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. İxtisasca filoloq və politoloqdur.

1976-1978-ci il illərdə hərbi hazırlıq kursu keçib, ehtiyatda olan zabitdir.

18 yanvar 2019-cu ildə Sabir Yaqubov Bakıda müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

Fəaliyyəti

Sabir Yaqubov 1966-1968-ci illərdə Qubadlı rayonunda müəllim, 1968-1973-cü illərdə rayon qəzetində müxbir, şöbə müdiri və məsul katib vəzifələrində çalışmışdır. Daha sonra 1973-1976-cı illərdə Qubadlı rayon Komsomol Komitəsinin birinci katibi, 1978-1980-ci illərdə isə Qubadlı rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində işləyib. 1980-1984-cü illərdə Qubadlı rayon Partiya Komitəsinin ikinci katibi olmuş Sabir Yaqubov 1984-1985-ci illərdə Sovetlər Birliyinin Əfqanıstandakı səfirinin müşaviri vəzifəsində çalışıb.

1985-1988-ci illərdə Yevlax şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Sabir Yaqubov həmçinin yazıçı publisist-jurnalist kimi də tanınıb, 2006-cı ilədək əsasən mətbuat, nəşriyyat və poliqrafiya sahəsində çalışıb və Respublika Jurnalistlər Birliyinin üzvü olub.

Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsində böyük referent vəzifəsində işləyib. 2006-cı ilin mart ayından vəfatınadəkAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

  • 1974-1985-ci illərdə Qubadlı rayon Partiya Komitəsinin büro və plenum üzvü, rayon XalqDeputatları Sovetinin deputatı olub.
  • 1985-1988-ci illərdə Yevlax şəhər Partiya Komitəsinin büro və plenum üzvü, Şəhər Xalqdeputatları Sovetinin deputatı olub.
  • 1986-1991-ci illərdə Azərbaycan KP MK Nəzarət Təftiş Komissyasının üzvü olub. 2005-ci il parlament seçkilərində 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd olub.
  • Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əsərləri

"Qisas" (roman), "Nahaq qan" (povest), "Qaranlığıngözləri" (povest və hekayələr) kitabının müəlifidir. "Hər çeşmədən bir damla", "Raykom katibi", "Zərdabi yurdunun övladları", "Zəmanəmizin möcüzəsi", "Ömür yolum" kitablarında portret oçerkləri dərc olunub.

"Qibtə ediləsi ömür", "Biz referenduma gedəcəyik", "Xalqın layiqli namizədi" kimi onlarla publisistik yazının müəlifidir. "Unutma məni", "Zərdabi yurdunun övladları", "Ürəyimdə uca dağlar", "Ümid yeri" kitablarının redaktorudur. "Ömrüm bir kitabdır" xatirə romanı, "Xatirə çələngi" povesti və "İllərdən qalan izlər" adlı şeirlər kitabı çapa hazırdır.

Mükafatları

  • Bir neçə kitabın müəllifi olduğu üçün "Qızıl Qələm" mükafatına da layiq görülüb.
  • Diplomatik fəaliyyətinə görə "Rəşadət" ordeni ilə təltif edilib.
The contents of this page are sourced from Wikipedia article on 03 Jan 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sabir Yaqubov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Sabir Yaqubov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes