peoplepill id: roza-popova
RP
Bulgaria
1 views today
1 views this week
Roza Popova
Bulgarian actress

Roza Popova

The basics

Quick Facts

Intro
Bulgarian actress
Gender
Female
Birth
Place of birth
Sofia, Sofia Capital Municipality, Sofia City Province, Bulgaria
Place of death
Mezdra, Mezdra Municipality, Vratsa Province, Bulgaria
Age
70 years
Family
The details (from wikipedia)

Biography

Roza Papova (bolq. Руска Михайлова Мануилова 1879, Sofiya11 aprel 1949(1949-04-11), Mezdra, Vratsa vilayəti) — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi.

Bioqrafiyası

1879-cu ildə Sofiyada anadan olub. 15 yaşında gələcək əri ilə görüşür və 16 yaşında onlar gizli şəkildə evlənirlər.

Orta məktəbdə Roza "Zora" mobil teatr truppasına daxil olur. Teatr sənətini aktyor və rejissor Konstantin Sapunovdan öyrənir. 1897-ci ildə Veliko Tırnovo şəhərində "Səmimi dostluq" pyesində Sofiya rolu ilə səhnəyə çıxır. Daha sonra ərinin rəhbərlik etdiyi teatr truppası ilə səyahət edir. 1900-cü ildən 1902-ci ilə qədər "Gözyaşları və Gülüş" truppasında, həmçinin M. Stojkoviçin xorvat teatr truppası tərkibində çıxış etmişdir.

1900-cü ildən Vratsadan olan bir fanat, 25 yaşlı müəllim və şair Todor Boqdanov tərəfindən gizli bir şəkildə təqib edilmişdir. 20 yanvar 1903-cü ildə Todor Rozanı və özünü vurur. O, yerindəcə ölür. Aktrisa ağır yaralanır və uzun müddət müalicə almalı olur. Bu cəhd Sofiyada çox məşhur bir hadisə idi və tezliklə Roza Milli Teatrdan qovulur. 1904-cü ildən 1906-cı ilə qədər vaxtaşırı rejissor kimi fəaliyyət göstərir və eyni zamanda Plovdivdəki teatr truppasında səhnədə oynayır. Sonra Vyana Universitetində ədəbiyyat və tibb təhsili almaq üçün Vyanaya gedir. 1908-ci ildə Bolqarıstana qayıdır və yenidən Milli Teatra dəvət olunur. 1910-cu ilə qədər burada rol oynayır.

1910-1911-ci illərdə Ruse teatrının ilk rejisor-tərtibatçısı seçilir. 1918-ci ildə Roza Sofiyada özünün Rosa Popova teatrını qurur. Bir müddətdir Azad Teatrda oynamağa davam edir. 1923-cü ildə teatr pedaqogiyası ilə məşğul olduğu Bolqarıstan Teatr Studiyasını təsis edir. Aktrisanın karyerası 1937-ci ildə başa çatır.

1926-cı ildə Teodor Trayanov "Səyyahın mahnısı" poemasını Roza Popova həsr edir. Teatr fəaliyyəti ilə yanaşı, Roza Popova tərcümə və ədəbiyyatla məşğul idi. Səhnəyə qoyduğu pyeslərin çoxunu tərcümə edirdi. Xatirələr, şeirlər, əfsanələr, hekayələr, tənqidi məqalələr yazırdı.

The contents of this page are sourced from Wikipedia article on 11 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Roza Popova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Roza Popova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes