peoplepill id: mulla-salih-mazandarani
MSM
Iran
1 views today
1 views this week
Mulla Salih Mazandarani

Mulla Salih Mazandarani

The basics

Quick Facts

From
Gender
Male
Religion(s):
Birth
Sāri, Iran
Death
Isfahan, Iran
The details (from wikipedia)

Biography

Molla Məhəmməd Saleh Mazandarani (?-?)—XVII əsr İslam alimi.

Həyatı

İslam elm tarixində iz qoymuş alimlərin əksəriyyəti zahidanə həyat tərzi sürmüş, dünyanın rəngarəng nemətlərindən uzaq qaçmağa çalışmışlar. Əksəriyyət etibarilə bu alimlər cəmiyyətin kasıb təbəqəsindən çıxdıqları üçün nə atalarından onlara irs qalmışdı, nə də özləri var-dövlət yığmağa səy göstərirdilər.

Xüsusilə, məşhur alimlərdən bir çoxunun tələbəlik dövrü ciddi maddi məhrumiyyətlər içində keçmişdir. Bu gün adlarını ehtiramla çəkdiyimiz bu şəxsiyyətlərin bəziləri hətta təhsil zamanı çıraq və yanacaq almağa belə imkan tapmır, gecələr dərslərini ya Ay işığında, ya da ümumi yerlərdə yandırılan çıraqların yanında oxuyurdular. Alimlərdən birinin dediyi kimi, gərək tələbənin gözü dünyaya qarşı kor olsun, yəni fikrini yalnız oxumağa versin, əyləncə, yeyib-içmək, rahatlıq dalınca qaçmasın.

Miladi XVII əsrdə yaşamış məşhur alimlərdən biri də Məhəmməd Saleh Mazandarani idi.O, Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin yaxınlığında anadan olmuşdu. Məhəmməd Saleh Mazandarani gənclik illərində öz şəhərindən İsfahana təhsil almaq üçün gəlmişdi.. Amma o qədər kasıb idi ki, fərli-başlı geyimi də yox idi. Əbanın altından köhnə paltarlarını geyinir, üstdən əbaya möhkəm bürünürdü. Bu qiyafə ilə mədrəsəyə getməyə utanırdı. Ona görə də mədrəsənin qapısında oturub içəridə gedən söhbətə qulaq asırdı. Müəllimin dediklərini qeyd etməyə kağızı olmadığı üçün yazılarını ağac yarpağının üzərinə yazırdı. Mədrəsədə dərs keçən müəllim isə zəmanənin ən böyük müctəhidlərindən sayılan Mühəmməd Təqi Məclisi (Əllamə Məclisinin atası) idi.

Bir gün Məclisi şagirdlərə çətin bir tapşırıq verir, amma cavabını söyləmir. Şagirdlər bütün dərs boyunca suala cavab tapmağa çalışırlar, lakin müəllim heç kimin cavabını qəbul etmir. Ikinci gün ərzində də suala cavab verən olmur. Mədrəsənin qapısında oturmuş Mühəmməd Saleh isə artıq onu çoxdan həll etmiş və düzgün cavabı yarpağın üzərinə köçürmüşdü. Üçüncü gün şagirdlərdən biri mədrəsəyə gələndə gözü Mühəmməd Salehə sataşır. Indiyə kimi nə Məclisi, nə də şagirdlər ona əhəmiyyət vermirdilər, çünki əyin-başından onu dilənçiyə oxşadırdılar. Bu dəfə şagird Mühəmməd Salehə yaxınlaşanda onun nə yazması ilə maraqlanır. Mühəmməd Salehin başının qarışıq olduğunu görüb, qabağındakı yarpaqlardan bir neçəsini götürür və üzərindəki yazıları oxumağa başlayır. Müəllimin verdiy sualın cavabını da buradan öyrənib tələsik mədrəsəyə girir və Məclisiyə həmin cavabı söyləyir. Məclisi şagirdin verdiyi cavabdan heyrətə gəlir. Çünki həmin şagird savad baxımından o birilərdən geri qalırdı və bu çətin məsələni həll edəcəyinə ümid yox idi. Məclisi şagirddən israrla tələb edir ki, cavabı haradan öyrəndiyini ona desin. Əlacsız qalan şagird əhvalatı danışır. Məclisi tez adam göndərib Mühəmməd Salehi mədrəsəyə çağırtdırır. Onun geyim sarıdan narahatlıq keçirdiyini öyrənincə bir dəst paltar alıb göndərir. Mühəmməd Saleh həmin paltarı geyinib dərslərə qatılır. Həmin gündən o, Məclisinin ən qabaqcıl şagirdinə çevrilir.

Mühəmməd Salehin elmi, əxlaqı, zahidliyi müəllimdə xoş təəssürat yaratmışdı. Buna görə Məclisi böyük etimad göstərərək qızını ona ərə vermək qərarına gəlir. Mühəmməd Salehə fikrini bildirəndə o, hədsiz razılıq və minnətdarlıqla təklif qəbul edir. Məclisinin qızı Aminə bəyim də mükəmməl dini təhsil almışdı. Ümumiyyətlə, qeyd edək ki, böyük alimlərin əksəriyyətinin həyat yoldaşları, bacıları və qızları da savadlı olmuşlar. Məclisi Aminə bəyimin yanına gedib onun rəyini soruşur: “Qızım, səni bir nəfərə ərə vermək istəyirəm. Bəri başdan deyim ki, o adam hədsiz dərəcədə kasıbdır, amma hədsiz dərəcədə elmli, əxlaqlı və dindardır. Cavabın nədir?”. Aminə bəyim cavab verir: “Atacan, kasıblıq kişilik üçün eyib sayılmaz”. Bununla da Aminə bəyimin bu izdivaca razı olduğu məlum olur.

Məclisi ziyafət təşkil edib, qızının kəbinini Mühəmməd Salehə kəsir. Zifaf gecəsi gəlini Mühəmməd Salehin hücrəsinə gətirirlər. Mühəmməd Saleh Aminə bəyimin gözəl simasını görən kimi bu nemətin müqabilində Allaha şükr etmək üçün namaz qılmağa başlayır. Namazı bitirəndən sonra dərs kitabına gözü sataşır, kitabı götürüb vərəqləyir. Bu zaman çətin bir məsələ ilə üzləşir. Oxuduğuna o qədər aludə olur ki, toyunu da yaddan çıxarır. Bütün gecəni həmin çətin məsələnin həlli üzərində baş sındırır, amma bir nəticə əldə edə bilmir. Səhər təhsilini davam etdirmək üçün mədrəsəyə gedir. O, hücrədən çıxan kimi Aminə bəyim kitabı götürüb çətin məsələni oxuyur, həllini bir kağıza yazıb kitabın arasına qoyur. Günorta Mühəmməd Saleh dərsdən qayıdıb yenə kitabı götürür, kağızın üzərindəki yazını oxuyanda heyrətə düşür. Bu işin Aminə bəyim tərəfindən edildiyini başa düşəndə heyrəti daha da artır. Əgər dünən yalnız həyat yoldaşının gözəlliyinə görə Allaha şükr etmişdisə, bu gün həm də belə bir savadlı qadınla ailə qurduğuna görə şükr etməli idi. Bu minvalla Mühəmməd Saleh daha iki gecəni ibadət, dua və elm öyrənməklə keçirir, yalnız bundan sonra Aminə bəyimlə zifaf edir. Onların izdivacından bir neçə övlad doğulur ki, bunlardan biri – Ağa Hadi Mazandarani Qurani-kərimi fars dilinə tərcümə etdiyi üçün “mütərcim” (tərcüməçi) ləqəbi ilə məşhurlaşır. Mühəmməd Saleh Mazandarani ilə Aminə bəyimin qızlarından biri isə məşhur müctəhid Vəhid Bəhbəhaninin anasıdır.

The contents of this page are sourced from Wikipedia article on 21 Feb 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Mulla Salih Mazandarani is in following lists

By work and/or country

comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Mulla Salih Mazandarani
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes