Quantcast
peoplepill id: mahammad-muradli
MM
1 views today
1 views this week
Mahammad Muradli

Mahammad Muradli Chess player

Chess player
The basics
Quick Facts
Intro Chess player
Is Chess player
From Azerbaijan
Type Sports
Gender male
Birth 1 August 2003
Age: 16 years
Star sign LeoLeo
The details
Biography

Məhəmməd Muradlı (d. 1 avqust 2003) — azərbaycanlı şahmatçı, kişilər arasında beynəlxalq usta (2017).

Karyerası

2011-ci ildə 8 yaşlı oğlanlar arasında Azərbaycan çempionatının qalibi olub.

2012-ci ildə Çexiyanın Praqa şəhərində keçirilmiş 10 yaşlılar arasında Avropa çempionatında 5-ci yer tutaraq ELO əmsalını 117 xal artırıb. Eyni ildə İranın Rəşt şəhərində keçirilmiş "Xəzər kuboku"nun D qrupunda yarışıb və 10 yaşlı şahmatçılar arasında 3-cü yeri tutub.

2013-cü ildə 10 yaşlılar arasında Bakı və Azərbaycan çempionu olub. Həmin ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirində 10 yaşı olmasına baxmayaraq 11 yaşlılar arasında 9 mümkün xaldan 8.5 toplayıb və turnirin qalibi olub

2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında Respublika şahmat festivalında 12 yaşlılar arasında birinci yeri tutub. Həmin il Yunanıstanın Kavala şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə Avropa çempionatında yaşı 11-dək olan şahmatçılar arasında qələbə qazanıb. Ardından Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 və 3-cü yerləri bölüşdürərək əlavə əmsallara görə 3-cü yeri tutub.

2015-ci ilin mart ayında 12 yaşadək oğlanlar arasında şahmat üzrə Bakı şəhər birinciliyində qızıl medal qazanıb. Ardıyca Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uşaqların yarışında 3-cü yerə layiq görülüb. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilmiş "Abu Dhabi Masters" turnirinin A qrupunda (böyüklər arasında) iştirak edib və öz ELO reytinq əmsalını 133 xal artırıb. Eyni ilin noyabr ayında Yunanıstanın Halkidiki şəhərində keçirilmiş 12 yaşadək şahmatçılar arasında dünya çempionatında 11 oyundan 9 xal toplayaraq birinci olub. Bu qələbəsi ilə Məhəmməd öz reytinq əmsalını 121 xal artırmış və FİDE ustası titulunu qazanmışdır..

2016-cı ildə kişilər arasında Azərbaycan çempionatına qatılmış və Eltac Səfərli, Nicat Abbasov, Azər Mirzəyev, Vasif Durarbəyli və digər bu kimi qroysmeysterlərin arasında altıncı yeri tutmuşdur. Bu nəticəsi ilə Məhəmməd reytinq əmsalını 42.4 xal artırmış və Beynəlxalq Usta titulunun ilk normasını toplamışdır.

2017-ci ildə Rusiyanın paytaxtında keçirilən "Moskva Open" turnirinin A qrupunda 9 oyundan 5.5 xal toplayaraq çıxışını uğurla başa vurub. Bu nəticəsi ilə Məhəmməd öz ELO reytinq əmsalını 48.6 xal artırmış və Beynəlxalq Usta titulunun 2-ci normasını toplamışdır. 2017-ci ildəki daha bir yarışda Gürcüstanın Poti şəhərində keçirilən Nana Aleksandria Kubokunun A qrupunda 9 oyundan 5.5 xal toplayaraq reytinq əmsalını 28.8 xal artırmış və Beynəlxalq Usta titulunun son normasını toplayaraq Beynəlxalq Usta adını qazanmışdır.

2018-ci ilin yanvar ayında keçirilmiş kişilər arasında Azərbaycan çempionatında üçüncü, mart ayında keçirilmiş 18 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində ikinci, aprel ayında keçirilmiş 20 yaşadək oğlanlar arasında Azərbaycan birinciliyində isə birinci yerə çıxıb.

2019-cu ilin yanvarında kişilər arasında Azərbaycan çempionatının qalibi olub.

Komanda

Məhəmməd Muradlı 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət üçüncü komandasının heyətində mübarizə aparmışdır.

2019-cu ilin noyabr ayında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənın Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının qalibi olub.

Reytinqi

FİDE-nin fevralın 1-nə olan reytinq cədvəlində 2444 ELO balı ilə 16 yaşlılar arasında Azərbaycanda 1-ci, Avropada 5-ci, dünya üzrə isə 12-ci yerdə qərarlaşıb.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
comments so far.
Comments
Reference sources
References
https://ratings.fide.com/card.phtml?event=13409301
https://fide.com
http://ratings.fide.com/tournament_report.phtml?event16=71034
https://www.fide.com
http://chess-results.com/tnr67119.aspx?lan=1&art=4&flag=30
http://chess-results.com/tnr109166.aspx?lan=34&art=4
http://open.moscowchess.org/en/tournG/results
http://chess-results.com/tnr98481.aspx?lan=34&art=9&fed=AZE&snr=12
http://www.chess-results.com/
http://chess-results.com/tnr134001.aspx?lan=34&art=1&rd=9&turdet=YES&flag=30
http://ratings.fide.com/tournament_report.phtml?event16=99431
arrow-left arrow-right arrow-up arrow-down instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube stumbleupon comments comments pandora gplay iheart tunein pandora gplay iheart tunein itunes