peoplepill id: konul-bunyadzade
KB
Azerbaijan
1 views today
1 views this week
Konul Bunyadzade
Azerbaijani scientist & philosopher

Konul Bunyadzade

The basics

Quick Facts

Intro
Azerbaijani scientist & philosopher
Gender
Female
Star sign
ScorpioScorpio
Birth
2 November 1974, Sotk, Armenia
Age
49 years
The details (from wikipedia)

Biography

Bünyadzadə Könül Yusif qızı (2 noyabr 1974(1974-11-02), Zod, Ermənistan) — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017).

Həyatı

Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zodkəndində anadan olub. Orta təhsilini 1981-1991-ci illərdə Daşkəsən rayonu A.S.Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. Hazırda həmin institutun baş elmi işçisi vəzifəsində çalışır.

Elmi fəaliyyəti

2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildə mühazirəçi kimi çalışdığı universitetin professoru vəzifəsinə keçmişdir.

Əsas düşüncələri

Könül Bünyadzadənin fəlsəfi yaradıcılığında üstünlük təşkil edən mövzu təsəvvüf fəlsəfəsinin müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılmasıdır. O, bir fəlsəfə tarixçisi olaraq böyük sufi Cüneyd Bağdadinin, Mənsur Həllacın, Sərrac Tusinin təlimlərini Azərbaycanda ilk dəfə tədqiq etməklə yanaşı, həm də fəlsəfi komparativistika sahəsində bir sıra ciddi tədqiqatlar aparmışdır. Orta əsrlər fəlsəfəsi adətən İslam dünyasında islam dini dünyagörüşü, Qərb fəlsəfi ədəbiyyatında isə xristian dünyagörüşü üzərində qurulmuş bir fəlsəfə kimi təqdim olunur. Lakin bu iki "dünyanın" zamanın ruhuna uyğun olaraq xeyli ortaq cəhətlərə malik olduğu indiyədək az öyrənilmişdir. Bu cür yanaşdıqda, bir tərəfdən, təsəvvüf fəlsəfəsi, digər tərəfdən də, Bonaventura, Mayster Ekchart, Nikolay Kuzanski ortaq məxrəcə gətirilir.

K.Bünyadzadə öz yaradıcılığında bir sıra yeni ideyalardan çıxış edir ki, bunlardan ən vacibi təsəvvüfdə və ümumiyyətlə İslam fəlsəfəsində istifadə olunan sezgi konsepsiyasını Qərb fəlsəfəsindəki irrasionalizm və intuitivizm təlimləri ilə müqayisə edərək bunların ümumi və fərqli cəhətlərini aşkar edir. Sezgi təliminin hansı məqamlarda rasionalizmə və hansı məqamlarda irrasionalizmə uyğun gəlməsi məsələsi müasir epistemologiya üçün çox önəmli bir məsələdir. Bu axtarışlarını davam etdirərək K.Bünyadzadə orta əsrlərdən müasir dövr fəlsəfəsinə keçir və Kant fəlsəfəsini, Husserl fenomenologiyasını və Timiniçkanın həyat fenomenologiyasını təsəvvüf fəlsəfəsi kontekstində nəzərdən keçirir.

K.Bünyadzadənin bir xidməti də bundan ibarətdir ki, o, ayrı-ayrı fəlsəfi təlimlərin təfərrüatlarına getməkdənsə, bütövlükdə dövrün ruhunu ifadə edən ən ümumi ideyalardan çıxış edir.

2014-cü ildə Parisdə UNESCO xətti ilə dərc edilən “Le Dictionnaire Universel des Femmes Créatrices” – “Yaradıcı qadınlar ensiklopediyası”nda haqqında məlumat verilmişdir. 2015-ci ildə isə Türkiyədə nəşr olunan 7 cildlik "Tanzimatdan Günümüze Türk Düşünürleri" adlı ontologiyada həyat və yaradıcılığı haqqında geniş oçerk verilmişdir.

6 monoqrafiya, 2 tərcümə kitabının müəllifidir, bunlarla yanaşı, xaricdə bir kitabı tərcümə edilərək nəşr olunub.

Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair, Çin və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir. Dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 130-a yaxın məqaləsi işıq üzü görüb.

Məsul vəzifələri

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi, İslam Fəlsəfəsi şöbəsinin müdiri, "Metafizika" jurnalının Redaksiya Heyətinin sədri, Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Akademiyasının, Beynəlxalq Oksford "Mühyiddin İbn Ərəbi Cəmiyyəti"nin, Amerika Fəlsəfə Assosiasiyasının və UNESKO-nun nəzdindəki Filosof Qadınlar cəmiyyətinin üzvüdür, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidentidir.

Ailəsi

  • Ülvi Bünyadzadənin bacısıdır.

Əsərləri

  • Muğam fəlsəfəsi. Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018.
  • Insan: kamilliyin arxitektonikası. Bakı, Zərdabi LTD, 2014.
  • Təsəvvüf fəlsəfəsinin ilk mənbələri. Sərrac Tusinin "əl-Lümə‘" əsəri, Bakı: "Qamma servis", 2002.
  • Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. Bakı: Nurlan, 2006. [1]
  • Mənsur Həllacın sirli dünyası. Bakı: Adiloğlu, 2006. ("Əxbar əl-Həllac" kitabının tərcüməsi və geniş giriş məqaləsi).
  • Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi. Bakı: Adiloğlu, 2007, 190 səh. (Mənsur Həllacın "Kitab ət-Təvasin" traktatının və Sərrac Tusinin "əl-Lümə'" əsərindən bəzi hissələrin tərcüməsi və geniş giriş məqalələri). [2]
  • Doğu'da ve Batı'da irrasyonel düşüncenin boyutları. İstanbul: Ötüken, 2009. (türk dilində).
  • Gəncliyin fəlsəfəsi. Bakı: Nurlar, 2009. [3]
  • İslam fəlsəfəsi: tarix və müasirlik. Bakı: Çaşıoğlu, 2010. [4]
  • Dogu’da ve Bati’da kadin: Idealler ve Gerceklikler [5]
  • Mugham as the Synthesis of The Eastern and Western Thought - Education, Arts and Humanities and Higher Education Leadership in the Asian Community Within the Perspective of Common Values // Proceedings of the 9th İnternational Congress of the Asian Philosophical Association (ICAPA), Universiti Teknologi Malaysia, Kuala Lumpur, Malaysia, 2016. pp. 283–291.
  • Sufism as Medicine [6]
  • Pantheism in Thinking of the Medieval East [7]
  • The Phenomenon of the Unity of Idea [8]

Mənbə

  • İnsan və kamillik https://www.youtube.com/watch?v=uNcnYNCVygA
  • Kamillik haqqında müsahibə ("İnsan: kamilliyin arxitektonikası" kitabının təqdimatından sonra) [9]
  • Könül Bünyadzadənin tərcümeyi-halı
  • Who's Who [10]
  • Könül Bünyadzadənin TEDxBakı_Women-də çıxışı [11]
  • Könül Bünyadzadə milli təfəkkür ideyasını açıqlayır [12]
  • Könül Bünyadzadənin kamil insan haqqında müsahibəsi [13]
  • Könül Bünyadzadənin "İnsan: kamilliyin arxitektonikası" kitabının təqdimat mərasimi [14]
  • Könül Bünyadzadənin "Din və Cəmiyyət" verlişində çıxışları - Peyğəmbər haqqında: [15] Səbr haqqında: [16] Dua haqqında: [17] İslamda islahatlar haqqında: [18]
The contents of this page are sourced from Wikipedia article on 12 Mar 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Konul Bunyadzade is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Konul Bunyadzade
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes