peoplepill id: elmaddin-aliyev
EA
1 views today
1 views this week
The basics

Quick Facts

Gender
Male
Age
39 years
The details (from wikipedia)

Biography

Elməddin Aftandil oğlu Alıyev — aktyor, rejissor, ssenari müəllifi.

Həyatı

Elməddin Aftandil oğlu Alıyev 10 iyun 1984-cü ildə Laçında anadan olub. ADMİU-nun rejissorluq fakültəsini bitirib (2001-2005). 2007-ci ildə Rüstəm İbrahimbəyovun “Beynəlxalq Kino Məktəbi”nə qəbil olunub. Elməddin Alıyev 2004-cü ildən müstəqil televiziyalardan birində rejissor kimi çalışır. 2002-ci ildə UNICEF-in təşkil etdiyi “Gənclik və Sülh” qısametrajlı filmlər layihəsində 10 ən yaxşı qısametrajlı bədii filmdən birinin müəllifi olub. Məşhur rejissorların təşkil etdikləri seminarlar və treninqlərdə iştirak edib. 2005-ci ildə Alman rejissoru və “Açıq Cəmiyyət İnstitutu” (Soros fondu) tərəfindən təşkil edilmiş beynəlxalq kinoseminarın iştirakçısı olub. Elməddin Alıyev 2008-ci ildə “Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində fərqləndiyinə görə diplomla təltif edilib.

Beynəlxalq kinofestivalların iştirakçısı və qalibi

  • “İlk Neftin Parılstısı” filmi 6-cı Beynəlxalq Audiovizual Festivalında “filmin orijinal həlli”nə görə xüsusi mükafata (2006, Bakı),
  • “Koramal” filmi 14-cü 2ANNAS Beynəlxalq Flm Festivalında “Special Mention” (2009, Riqa / Latviya),
  • 8-ci Beynəlxalq Docufest Festivalında “Special Mention” (2009, Prizren / Serbiya),
  • 7-ci Start Beynəlxalq Tələbə Filmləri Festivalında “Special Mention” (2009, Bakı),
  • 3-cü STEPS Beynəlxalq Kino Festivalında “ən yaxşı operator işi” (2009, Ukrayna),
  • 4-cü Rəhmət Beynəlxalq Film Festivalında “ən yaxşı bədii film” (2010, İran) mükafatlarına layiq görülüb.
  • “Nəfəs” filmi isə 7-ci Beynəlxalq Audiovizual Festivalda “ən yaxşı bədii film” (2007, Bakı).
  • 3-cü STEPS Beynəlxalq Kino Festivalında “ən yaxşı rejissor işi” (2009, Ukrayna) mükafatlarını alıb.

Filmoqrafiya

  1. HESABAT >> Rejissor
  2. NƏFƏS >> Rejissor
  3. GENERAL DE QOLL BAKIDA >> Rejissor
  4. KRİZİS MƏRKƏZİ >> Rejissor
  5. TALASSEMİYA >> Rejissor
  6. İLK NEFTİN PARILTISI >> Rejissor
  7. QARA QUTU >> Ssenari müəllifi, Rejissor
  8. KORAMAL >> Ssenari müəllifi, Rejissor
  9. Sirr

İstinadlar

Xarici keçidlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Elmaddin Aliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Elmaddin Aliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes