peoplepill id: camil-quliyev
CQ
Azerbaijan Russia
1 views today
10 views this week
Camil Quliyev
Azerbaijani film director and actor

Camil Quliyev

The basics

Quick Facts

Intro
Azerbaijani film director and actor
A.K.A.
Джамиль Эльшад оглы Кулиев
Gender
Male
Place of birth
Baku
Age
60 years
The details (from wikipedia)

Biography

Cəmil Quliyev — Azərbaycan kinorejissoru, ssenari müəllifi, Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru (2011-2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın baş direktoru (2013-cü ildən), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.

Həyatı

Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.

1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.

1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.

1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998- 2006-cı illərdə həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur.

2000-2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.

2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011-2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub.

- 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının

- 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının

- 2009-cü ildən Beynəlxalq Muzeylər Şurasının

- 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür.

Cəmil Quliyev 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.

2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorudur.

  • Professor Elşad Quliyevin oğludur.

Filmoqrafiya

  1. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: Kərimov
  2. Marş (film, 1982)
  3. Balıq günü (film, 1983)
  4. Bayramda yağış (film, 1985)
  5. Köç (film, 1986)
  6. Bu da bir naxışdır (film, 1987)
  7. Cansıxıcı əhvalat (film, 1988)
  8. Murad-Sad (film, 1988)-aktyor
  9. Qarət (film, 1990)
  10. Şirbalanın məhəbbəti (film, 1991)
  11. Ekskursiya (film, 1991)
  12. Subaylarınızdan görəsiniz (film, 1991)-Mozalan
  13. Etiraf (film, 1992)-ssenari
  14. Banqladeş qonaqları (film, 1992)
  15. Həsənbəy Zərdabi (film, 1992)
  16. Qovlar (film, 1992)
  17. Yol (1993)
  18. Qala (1994)
  19. Yarasa (film, 1995)-bədii rəhbər
  20. General de Qol (1995)
  21. Ömər Eldarov (1997)
  22. General Hüseyn Rəsulbəyov (film, 1998)
  23. Kədərimiz... Vüqarımız... (film, 1998)
  24. Otel otağı (film, 1998)-aktyor
  25. Nəsrulla Nəsrullayev (film, 1999)
  26. Nə gözəldir bu dünya... (film, 1999)-aktyor
  27. Kinorejissor Arif Babayev (film, 2000)
  28. Bir Ömrün Sədası (2000)
  29. İzzət Orucova (film, 2000)
  30. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
  31. Fikrət Əmirov (2004)
  32. Qocalar (film, 2008)-məsləhətçi
  33. Bir addım (film, 2009)-bədii rəhbər
  34. Sahə (film, 2010)-bədii rəhbər
  35. Mayak (film, 2012)

İstinadlar

Mənbə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6.
  • “Cəmil Quliyev Minskdə müasir kino ilə bağlı məruzə etdi” //Yeni Azərbaycan.- 2011.- 6 aprel.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Camil Quliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Camil Quliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes