Boris Zeidman
Quick Facts
Biography
Boris Zeydman (Zeydman Boris İsaakoviç) — bəstəkar, pedaqoq. Azərb. əməkdar inc. xad. (1956). «Maskarad» (1945), «Ağıldan bəla» (1949) operalarının, «Qızıl açar» (1957) baletinin, musiqili komediya və s. əsərlərin müəllifidir.
Həyatı
Boris Zeydman 10 fevral 1908-ci ildə Peterburqda anadan olub.
Leninqrad Konservatoriyasında təhsil alıb (1931). Saratov və Leninqrad musiqi məktəbində, Leninqrad Konservatoriyasında (1936-1939), Bakı Konservatoriyasında (1939-1957), Daşkənd Konservatoriyasında (1957-ci ildən) dərs deyib. Operaların, baletlərin, musuqili komediyaların, konsertlərin, simfonik əsərlərin müəllifidir. Özbəkistan dövlət mükafatı laureatı (1959), Azərbaycan (1956) və Özbəkistan (1964) əməkdar incəsənət xadimi Boris Zeydman 1981-ci ildə vəfat edib.
Filmoqrafiya
- Sualtı qayıq "T-9" (film, 1943)