Quantcast
peoplepill id: berhan-simsek
B�
1 views today
1 views this week
Berhan Şimşek

Berhan Şimşek Turkish actor

Turkish actor
The basics
Quick Facts
Intro Turkish actor
A.K.A. Berhan Şimşek
Is Actor Politician
From Turkey
Type Film, Television, Stage and Radio Politics
Gender male
Birth 15 May 1958, Bayburt, Turkey
Age: 61 years
Star sign TaurusTaurus
The details
Biography

Bərxan Şimşək (1 noyabr 1957 Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi.

Həyatı

Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur.

1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb.

78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub.

22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002-2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub. 2010-2011-ci illərdə CHP İstanbul İl başqanı olan Bərxan Şimşək subay və bir uşaq atasıdır.

Filmoqrafiya

  • Fərari mumiya (2002)
  • Müğənni (2001)
  • Acı könül (2001)
  • Xudahafiz sabah (1998) - Dəniz Gəzmiş
  • İşıqlar sönməsin (1996)
  • İş (1995)
  • Yolçu (1994)
  • Tərsinə dünya (1993)
  • Uzlaşma (1992) - Məhmət Əli Ağca
  • Maddə 438 (1990) - Səbri
  • Minyəli Abdulla (1989)
  • Quruluş (1986)
  • Silah dostları (1986)
  • Acımak (1985) - Məhmət
  • Acı (1984)
  • Sevimli oğlum (1977)
  • Cəhənnəm elçiləri (1975)

Mükafatları

  • 1994 Ankara Kinofestivalı — "Ən yaxşı ikinci plan aktyoru" mükafatı ("Yolcu" filmindəki roluna görə)
  • 1996 Maqazin Qəzetçiləri Dərnəyi mükafatları — "Ən yaxşı aktyor" makafatı ("İşıqlar sönməsin" filmindəki roluna görə)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
comments so far.
Comments
Reference sources
References
http://www.berhansimsek.com/
arrow-left arrow-right arrow-up arrow-down instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube stumbleupon comments comments pandora gplay iheart tunein pandora gplay iheart tunein itunes