peoplepill id: babayeva-guenel-rafiq-qizi
BGRQ
Azerbaijan Russia
1 views today
14 views this week
Babayeva Günel Rafiq qızı

Babayeva Günel Rafiq qızı

The basics

Quick Facts

Work field
Gender
Female
Star sign
SagittariusSagittarius
Birth
7 December 1989, Baku, Shamakhi Governorate, Russian Empire
Age
34 years
Education
Baku State University,
The details (from wikipedia)

Biography

Günel Rafiq qızı Babayeva —məşhur "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2013-cü ilinin yay seriyasının "Büllur bayquş" sahibi.

Həyatı

Günel Babayeva 7 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və buranı 2011-ci ildə bitirib.

Hobbiləri — musiqi, ədəbiyyat və kinoyadır. Sevdiyi rəng — narıncı, səyahət etmək üçün ən sevimli yeri — Avropadır. Ən böyük arzusunun kitab yazmaq olduğunu bildirib.

Günel üç il ərzində "Nə? Harada? Nə zaman?" oyunun iştirakçısı Elman Talıbov ilə münasibətdə olub. Hazırda onlar ayrılıblar. Günelin özünün sözlərinə görə, onlar yaxşı dost qalıblar.

Nə? Harada? Nə zaman?

“Nə? Harada? Nə zaman?” oyununda ilk dəfə olaraq, 2007-ci ildə çıxış edib. 2009-cu ilə qədər Bakı məktəblərinin yığması, klubun qadınlardan ibarət yığması və İsmayıl Səfərəliyevin komandasında çıxış edib.

2009-cu ildən etibarən isə Rövşən Əsgərovun komandası ilə yarışlarda iştirak edir. Bu komandada Güneldən başqa olan digər 5 üzvün 4-üqadındır: Əsmər Daşdəmirova, Nigar Şıxlinskaya, Lalə Babayeva və “Nə? Harada? Nə zaman?” adlı gürcü klubunun ən yaxşı oyunçusu sayılan İya Metreveli.

Nailiyyətləri

2013-cü il iyunun 16-da Rusiyanın Birinci kanalının canlı yayımında "Nə? Harada? Nə zaman?" oyununun yay mövsümünün final oyunu keçirilib, mövsümün ən yaxşı komandası adı uğrunda bilicilər Ales Muxinin rəhbərliyi altındamübarizə aparıblar. Final oyununda Muxinin komandası qalib gəlib və yay mövsümünün ən yaxşı komandası adını qazanıb. Oyunun nəticələrinə görə yay mövsümünün ən yaxşı oyunçusu adına Günel Babayeva layiq görülüb, ona "Büllur bayquş" və 300 000 rubl məbləğində sertifikat təqdim edilmişdir. Məhz Günel Babayevanın düzgün cavabı yay mövsümünün final oyununda Ales Muxinin komandasına qələbə gətirib.

The contents of this page are sourced from Wikipedia article on 25 Jul 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Babayeva Günel Rafiq qızı is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Babayeva Günel Rafiq qızı
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes