peoplepill id: asif-hacili
AH
Georgia
1 views today
1 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Marneuli, Georgia
Age
64 years
Education
Baku State University,
The details (from wikipedia)

Biography

Asif Abbas oğlu Hacıyev — Bakı Slavyan Universitetinin rektoru (2014-2016), ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub. Borçalının öndər şəxsiyyəti Nayvəlinin kötücəsi, professor Abbas Hacıyevin oğlu, filosof alim Cümşüd Hacıyevin, filoloq alim Vəkil Hacılının, pedaqoq, ictimai xadim Tofiq Hacıyev (siyasətçi)in qardaşı oğludur.

1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.

2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru işləyib. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər Bakı Slavyan Universitetinin rektoru işləyib.

Fəaliyyəti

Elmi fəaliyyəti

Asif Hacılı ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya və folklorşünaslıq üzrə tədqiqatlar aparır, tərcüməçiliklə məşğul olur, mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış edir.

Mifopoetik təfəkkürün fəlsəfi-estetik məsələlərinə, rus ədəbiyyatının tarixinə, müasir rus nəsrinin mifopoetik aspektlərinə, rus ədəbiyyatında islam və Şərq motivlərinin bədii-fəlsəfi dərkinə, bayatıların struktur-semiotik təhlilinə, müasir Azərbaycan və rus ədəbiyyatının poetikasına, mifologizm və folklorizm probleminə aid monoqrafiyaların və məqalələrin müəllifidir. Türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərinə, milli şüurdakı etnopoetik konseptlərə, müasir ədəbi prosesə, avrasiyaçılığa dair məqalələri dərc olunmuşdur. Avrasiyaçılığa dair mətnlərin, XX əsr ədəbi manifestlərinin bir sıra nümunələrini tərcümə etmişdir.

Elmi yaradıcılığında Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşri xüsusi yer tutur. 1986-cı ildən Borçalı və Axısqa türklərinin folklorunun toplanması ilə məşğuldur. Axısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarix və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsinə aid ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilmişdir. Bu sahədə tədqiqatlarından və topladığı folklor-etnoqrafik materiallarından ibarət məqalələri və kitabları Azərbaycanda və Türkiyədə dərc olunub.

Borçalı türk folklorunun toplanması, tədqiqi və təbliğindəki xidmətlərinə görə Borçalı İctimai Cəmiyyətinin Fəxri diplomu ilə təltif olunub.

Türologiyada çox az öyrənilmiş türkdilli xristian xalq olan urumların tarix və folkloruna dair kitabın müəllifidir.

Əsərləri Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan və b. yerlərdə çap edilib. 200-ə qədər elmi əsərin, o cümlədən monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. 50-dən çox monoqrafiya, elmi məcmuə, dərslik və s. elmi redaktoru, məsləhətçisi, rəyçisidir. 30-a qədər dissertasiya işinə opponentlik edib, bir-neçə doktorantın elmi rəhbəridir.

Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Drezden, Tbilisi, Minsk, Sankt-Peterburq, Varna və b. şəhərlərdə beynəlxalq elmi konfranslarda iştirak edib.

Türk Dövlət və Cəmiyyətlərinin X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı, XI Qurultayın "Beynəlxalq əlaqələr, Media və İnformasiya Texnologiyaları" komissiyasının katibi olmuşdur. Həmin qurultaylarda Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələləri üzrə məruzələr etmiş, məruzələrin müddəaları qurultayların qərarlarında əks olunmuşdur.

"Borçalı" və "Qaraçöp" cəmiyyətlərinin idarə heyətinin üzvü, I Uluslararası Ahıska türkləri qurultayının, Ahısqa türkləri "Vətən" cəmiyyəti qurultaylarının iştirakçısı olub. Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı, Dünya Azərbaycanlıları Xartiyasını hazırlayan işçi qrupunun üzvü olub.

Orta məktəblər və universitetlər üçün bir sıra proqram və dərsliklərin müəllifidir. Təlim rus dilində olan ümumtəhsil məktəbləri ücün "Ədəbiyyat" fənni üzrə kurrikulumun hazırlanması üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçi qrupunun sədri, həmin məktəblərin 5-11-ci sinifləri üçün "Ədəbiyyat" fənni üzrə proqram və dərsliklərin hazırlanması üzrə Təhsil Nazirliyi müəlliflər qrupunun rəhbəri və dərsliklər kompleksinin elmi redaktorudur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin, Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının və Elmi-Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərib.

Azərbaycanın umumtəhsil məktəblərinin V-IX sinifləri ucun "Qiymətləndirmə Standartlarının təkmilləşdirilməsi" və "Umumi təhsil məktəblərində və ilk peşə-ixtisas təhsili muəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyasının aparılması Qaydaları" əsasında fənn muəllimləri uçun muvafiq təlimatların hazırlanması üzrə təlim rus dilində olan umumtəhsil məktəbləri uçun "Ədəbiyyat" fənni üzrə İşçi qrupunun sədri olub.

Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri və üzvüdür (2004). Bu cəmiyyətin Ekspert-konsultativ şurasının üzvüdür (2008).

Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 26.09.2006-cı il tarixli qərarı (№12) ilə Asif Hacıyevə bu İnstitutun Fəxri professoru adı verilmşdir.

Rossotrudniçestvanın “Dostluq və əməkdaşlığa görə” ("За дружбу и сотрудничество") Fəxri nişanı (2014), Rus dilinə dəstək beynəlxalq pedaqoji cəmiyyətinin (Moskva) “Müəllim adına sədaqət” ("За верность учительскому призванию") medalı (2014), Rusiya Federasiyasının A.S.Puşkin medalı (22 aprel 2016) ilə təltif olunmuşdur.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının üzvüdür.

Qafqaz Universitetlər Birliyi Elmi şurasının üzvüdür (Türkiyə).

AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür.Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədri olub (2011-2016). Azərbaycan Tərcümə mərkəzinin Elmi-bədii Şurasının üzvüdür.

"BSU Elmi əsərləri"nin baş redaktoru, "Rus dili və ədəbiyyatı Azərbaycanda", "Literaturnıy Azerbaydjan", "Qarapapaqlar" (Gürcüstan), "Vestnik MQLU" ("Вестник МГЛУ", Россия, Москва), "Elmi dialoq" ("Научный диалог", Россия, Екатеринбург) jurnallarının, "Filoloqun kitabxanası", "Azərbaycan multikulturalizminin qaynaqları" seriyalarının, "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri", "Elm və cəmiyyət" məcmuələrinin redaksiya heyətlərinin, Yakov Qoqebaşvili adına Milli Pedaqoji Elmlər İnstitutunun "SAZRİSİ" ("Fikir", Gürcüstan, Tbilisi) Elmi əsərlərinin Elmi-konsultativ Şurasının üzvü, "Avrasya" Uluslar Arasi Araştirmalar Dergisinin (Türkiyə) Dış Temsilcisi və hakimi kimi fəaliyyət göstərib və ya göstərməkdədir.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Kitabları

  1. Epik ənənə və müasir bədii nəsr. Bakı: 1984
  2. Qəribəm bu vətəndə. Ahıska türklərinin etnik mədəniyyəti. Bakı: 1992
  3. Мифологизм и фольклоризм современной прозы. Б., 1993
  4. Поэтика современной прозы. Вопросы мифологического и фольклорного генезиса. Б., 1997
  5. Теория литературы. Учебное пособие. Б., Мутарджим, 1997 (соавтор)
  6. Axısqa türk folkloru. B., 1998
  7. Bayatı poetikası. B., 2000
  8. Ahıska türk folkloru. Ankara, 2001
  9. Mifopoetik təfəkkür fəlsəfəsi. B., 2002
  10. Русская проза. Вторая половина XX века. Опыт мифопоэтического толкования. Б., 2003
  11. Литература. Учебник для 8 класса азербайджанских школ с русским языком обучения. Б., 2006 (соавтор и научный редактор)
  12. Литература. Учебник для 9 класса азербайджанских школ с русским языком обучения. Б., 2007(соавтор и научный редактор)
  13. Axısqa türk folkloru. B., 2008
  14. Qurani Kərim rus ədəbiyyatında. B., 2009
  15. Ahıska türkləri: Vətən bilgisi. İstanbul, 2009
  16. Kamal Abdulla: seçimin morfologiyası. B., 2010
  17. Ədəbiyyatşünaslığın tarixi və metodologiyası. B., 2011
  18. История и методология литературоведения. Б., 2011
  19. Rus Edebiyatında Kur'an-ı Kerim. İstanbul, Doğu Kütüphanesi, 2012
  20. Сетература: история, типология и поэтика русской сетевой литературы. Баку, 2012
  21. Типология русской прозы рубежа ХХи ХХI веков. Баку, 2012
  22. Национальный куррикулум по литературе для школ с русским языком обучения (V-XI классы).Министерство Образования Азербайджанской Республики. Баку, 2012 (председатель рабочей группы).
  23. Образовательная программа (куррикулум) по литературе (с русским языком обучения) для общеобразовательных школ Азербайджанской Республики (V - XI классы).–Баку, МО АР, Институт проблем образования АР, 2013 (председатель рабочей группы)
  24. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı, 2014
  25. Urumlar: tarix və folklor. Bakı, 2014
  26. Ahıska türkləri: inanc dünyası. Bakı, 2014
  27. Ahıska türklərinin sürgün folkloru. Bakı, 2014
  28. Axısqalı şair Usta Mürtəz. Bakı, 2015
  29. Мифопоэтика русской прозы. Вторая половина ХХ века. – LAP LAMBERT Academic Publishing, 2018
  30. XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar). Bakı: AU, 2018
  31. История и методология литературоведения : учебно-методическое пособие / — Саратов : Вузовское образование, 2019
  32. Русская сетевая литература: контекст, история, типология, поэтика : учебное пособие / — Саратов : Вузовское образование, 2019
  33. Bayatı poetikası: struktur, semantika, praqmatika. – Bakı: “Elm”, 2019, – 242 səh. (yenidən işlənmiş və genişləndirilmiş ikinci nəşri).
The contents of this page are sourced from Wikipedia article on 10 May 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Asif Hacılı is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Reference sources
References
Asif Hacılı
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes