peoplepill id: amil-seyidov
AS
Azerbaijan
1 views today
1 views this week
The basics

Quick Facts

Place of birth
Nakhchivan Autonomous Republic, Azerbaijan
The details (from wikipedia)

Biography

Seyidov Amil Həsən oğlu — istefada olan polkovnik.

Həyatı

Seyidov Amil Həsən oğlu 02 yanvar 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildə Naxçıvan şəhər Üzeyir Hacıbəyov adına 1 nömrəli orta məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 11 noyabr 1974-cü ildən 27 avqust 1975-ci ilə kimi Azərbaycan Respublikasının Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda laborant vəzifəsində işləmişdir. 25 avqust 1975-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş (1976-cı ildə institut 2 yerə bölünüb) və 24 iyul 1980-ci ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunun «Cay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi» ixtisasına yiyələnərək oranı bitirmişdir. İnstitutu bitirdikdən sonra 05 avqust 1980-ci ildə SSRİ Energetika Nazirliyinin «Azenerjitikinti» trestinin «Qırmızı Ulduz» İEM-1 tikinti idarəsində mühəndis vəzifəsində işə göndərilmiş və 03 oktyabr 1980-ci ilədək orada işləmişdir. 26 oktyabr 1980-ci ildən 5 iyun 1982-ci ilədək SSRİ DTK-nın Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində bölük komandiri vəzifəsində hərbi xidmətdə olmuş,1-ci və 2 ci dərəcəli «Sərhəd Qoşunları Əlaçısı» döş nişanları ilə mükafatlandırılmışdır. Xidmətdən sonra 01 iyul 1982-ci ildən 01 noyabr 1990-cı ilədək SSRİ Energetika Nazirliyinin «Azenerjitikinti» trestində böyük mühəndis vəzifəsində işləmişdir. Respublikanın energetika kompleksinin inkişafında bir çox strateji əhəmiyyətli obyektlərin, o cümlədən Şəmkir, Yenikənd və digər elektrik stansiyalarının tikintisində öz layiqli töhfəsini vermiş, su elektrik stansiyaları barədə yazdığı elmi məqalələr bir neçə dilə tərcümə olunmuşdur. 1984- 1986-cı illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun Ərəb dili şöbəsini bitirmiş və ilk dəfə olaraq 1993-cü idə geniş oxucu gütləsi üçün nəzərdə tutulmuş Azərbaycanca-ərəbcə danişıq kitabçasını tərtib etmişdir. 01 noyabr 1990-cı ildən 01 iyun 1992-ci ilədək Sovet Mədəniyyət Fondunun nəzdində «Rəyanə» Elmi-Texniki Mərkəzdə Elm və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi vəzifəsində, 01 iyun 1992-ci ildən 15 aprel 1995-ci ilədək «Tural» Elmi-Texniki Mərkəzin Baş direktoru vəzifəsində işləmişdir. Ermənistan təcəvüzkarlarının Azərbaycan Respublikasına qarşı apardığı müharibə, daxildə yaranmış ictimai-siyasi vəziyyət və bir neçə dəfə edilən dövlət çevriliş cəhtləri Amil Seyidovu vətənin müdafiəsində iştirak etməyi özünə borc bilib, ehtiyatda olan sərhədçi bir zabit kimi Azərbaycan Respublikasının müstəqilliyinin rəmzi olan Sərhəd Qoşunlarının formalaşmasında iştirak etmək həvəsi, öz bilik və təcrübəsinin bu şərəfli yolda sərf etmək üçün həqiqi hərbi qulluğa könüllü olaraq 15 aprel 1995-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarına Baş İdarəsinə xidmətə qəbul olunmuş və 31 mart 2017-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən istefaya çıxmişdır. Xidmət dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı və "Qüsursuz xidmətə görə" medallarının hər 3 dərəcəsi ilə və Silahlı Qüvvələrin yubiley medalları ilə təltif olunmuşdur. Ailəlidir, 5 övlad- 2 oğul və 3 qız atasıdır. SSRİ-nin Fəxri Hüquqşunası və Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası Həsən Seyidovun oğludur.


The contents of this page are sourced from Wikipedia article on 01 Jan 2020. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Amil Seyidov is in following lists

By work and/or country

comments so far.
Comments
From our partners
Sponsored
Amil Seyidov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes