Zulfuqar Mammadov
Quick Facts
Biography
Məmmədov Zülfüqar Əlif oğlu — Azərbaycan Respublikasının əməkdar memarı (09.11.2007), Azərbaycan Memarlar İttifaqının üzvü, Bakı Dövlət Layihə İnstitutunun baş mühəndisi.
Həyatı
Zülfüqar Məmmədov 1941-ci il yanvar ayının 30-da Bərdə rayonunun Qılışlı kəndində müəllim ailəsində anadan olub. 1948-1958-ci illərdə Bərdə şəhərində 1 saylı orta məktəbi bitirmişdir. 1961-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat Fakultəsinin Memarlıq şöbəsində təhsil almış və 1967-ci ildə ali təhsilini memar ixtisası üzrə başa vurmuşdur.
O, ilk dəfə memar kimi fəaliyyətə “BakıDövətLayihə” institutunda başlamışdır. Tez bir zamanda onun işgüzarlığı və bacarığı nəzərə alınaraq 1969-cu ildə o, baş memar vəzifəsinə, 1973-cü ildə isə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir.. Bir çox mülki və sosial obyektlərin müəllifidir.
Məmmədov Z.Ə. 1974-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.
Məmmədov Z.Ə. 01.02.2008-ci il tarixindən 08.08.2011-ci il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
Hal-hazırda “Bakı Dövlət Layihə İnstitutu”nun Baş mühəndisi və memarlıq şöbəsinin rəisi vəzifələrində fəaliyyət göstərir.
Mükafatları
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 09.11.2007-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adı ilə təltif olunmuşdur.