Zaur Hüseynov
Quick Facts
Biography
Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov) — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri.
Həyatı
Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Cəbrayıl şəhərinin İsaqlı Kəndində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini “Executive management” ixtisası üzrə (MBA) bitirmişdir.
Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.